Azərbaycanda valideynləri 16 yaşlı qızı pulla satmaq istədi
Bizi izləyin

Qırmızı.az

Azərbaycanda valideynləri 16 yaşlı qızı pulla satmaq istədi

Sumqayıt şəhərində 16 yaşlı qız məcburi ailə qurmaq xofundan azad olunub.


Bu barədə “Təmiz Dünya” təşkilatının rəhbəri Mehriban Zeynalova ANS PRESS-ə məlumat verib. Onun sözlərinə görə, 16 yaşlı K.K. kasıb ailədə doğulub. Qızın valideynləri bu kasıbçılıqdan qurtulmağın yolunu övladlarını ərə verməkdə görüblər.


Qızı sevmədiyi bir oğlana nişanlayıblar.


Nişanlanandan sonra K.K.-in qara günləri başlayıb. Nişanlısı qızın evinə gedərək, valideynlərinin gözləri qarşısında onu döyüb-incidirmiş. Oğlanın bu hərəkətlərindən bezən K.K. evlənmək istəmədiyini desə də, qızın valideynləri onu ailə qurmağa məcbur edib.


Qızlarını ərə verməkdə israr edən valideynlərin bu əməllərinə səbəb isə oğlan tərəfi olub. Çünki oğlanın ailəsi qızın valideynlərini təhdid edib. “Əgər K.K.-nı ərə verməyə razı olmasanız, 8 min manat verməlisiniz”,– deyə oğlan tərəfi qızın ailəsini təhdid edib.


Olanlardan cana doyan K.K. axırda evdən qaçıb. Biz müddət küçədə səfalət içərisində gəzən qız sonradan “Təmiz Dünya” təşkilatına müraciət edib.


“Bizim sığınacağa müraciət etdikdən sonra qızı himayəmizə götürdük. İlk öncə qız valideynlərinə yerini bildirmək istəmədi. Ona görə də qızın ailəsinə onun yerini demədik. Sadəcə, qızın bizim himayəmizdə olduğunu dedik”, – deyə Mehriban Zeynalova bildirib.


Sonradan təşkilat nümayəndələri problemə son qoymaq üçün polisə müraciət edib. Sumqayıt şəhər Polis İdarəsinin əməkdaşları problemin həll olunmasında yardımçı olub.


“İlk öncə qızın valideynlərilə danışıq apardıq. Onlara işin əsl mahiyyətini anlatdıq. Sonra K.K.-nın valideynləri polisə şikayət etdilər”, - deyə M.Zeynalova vurğulayıb.

Şikayətdən sonra polis oğlanın ailəsilə danışıqlar aparıb. K.K.-nın niaşanı qaytarılıb.


Hazırda məsələ polis tərəfindən araşdırılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm