7041 şagird imtahandan iki aldı
Bizi izləyin

Qırmızı.az

7041 şagird imtahandan iki aldı

İyunun 24-də IX və XI siniflərində təhsil alan şagirdlər üçün mərkəzləşdirilmiş qaydada buraxılış imtahanların nəticələri açıqlanıb.

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından Publika.az-a verilən məlumata görə, imtahanların nəticələri iyun ayının 25-də saat 18:00-dan etibarən TQDK-nın internet saytında yerləşdirilib. İmtahanlarda iştirak etmiş şagirdlər Komissiyanın internet saytı vasitəsilə nəticələri haqqında məlumatla, habelə cavab kartının qrafik təsviri ilə tanış ola bilərlər.

Şagirdlər imtahanın nəticələri haqqında məlumatı həmçinin mobil telefonla şagird kodunu 7727 nömrəsinə göndərməklə öyrənə bilərlər. Buraxılış imtahanında ana dili və riyaziyyat fənlərinin hər biri üzrə ayrılıqda test tapşırıqlarına verdiyi düzgün cavablarının sayı 8-dən az olmayan şagirdlər müvəffəq qiymət alırlar.

İyunun 24-də 9-cu sinif şagirdlərinin Ana dilindən 6481 nəfər iki , 9976-ı üç, 4030-u dörd, 1944 nəfərbeş alıb, riyaziyyatdan 7572 nəfər iki, 9266 nəfər üç, 3455-i dörd, 5 2138 nəfər beş alıb. 11-ci sinif üzrə Ana dilindən 3312 nəfər iki, 6397 məfər üç, 3978-I dörd, 3478-I beş alıb. Riyaziyyatdan isə 3729 nəfər iki, 5369-u üç, 4482 nəfər dörd, 3585 nəfər beş alıb. İmtahanda ümumilikdə 17 165 nəfər iştirak edib.

İmtahanlar Daşkəsən, Göygöl, Samux, Naftalan, Goranboy, Şəmkir, Gədəbəy, Ağstafa, Qazax, Tovuz, Şəki, Balakən, Qax, Qəbələ, Oğuz, Zaqatala rayonlarının, həmçinin Gəncə və Mingəçevir şəhərlərinin orta ümumtəhsil müəssisələrində keçirilib.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm