Silahlı Qüvvələrin yaranmasının 96-cı ildönümü münasibətilə ziyafət təşkil olunmuşdur
Bizi izləyin

Qırmızı.az

Silahlı Qüvvələrin yaranmasının 96-cı ildönümü münasibətilə ziyafət təşkil olunmuşdur

Romanın “Marriott Grand Hotel Flora” mehmanxanasında ölkəmizin İtaliyadakı səfirliyi tərəfindən Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yaranmasının 96-cı ildönümü münasibətilə ziyafət təşkil olunmuşdur.
Tədbirdə İtaliyanın Müdafiə Nazirliyi və Silahlı Qüvvələri Baş Qərargahının generalları, admiralları və zabitləri, bu ölkədə akkreditə olunmuş xarici hərbi attaşelər və diplomatik korpusun nümayəndələri iştirak etmişlər.
Mərasim iştirakçılarını səfir Vaqif Sadıqov və Azərbaycanın İtaliyadakı hərbi attaşesi, polkovnik Ənvər İbrahimov qarşılamışlar.
Ə.İbrahimov çıxış edərək Azərbaycan Silahlı Qüvvələrinin tarixi, müasir dövrdə aparılan ordu quruculuğu, ordumuzun inkişafı, eləcə də Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi haqqında qonaqlara ətraflı məlumat vermişdir.
Tədbirdə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hazırkı fəaliyyəti haqqında film nümayiş etdirilmiş, qonaqlara ölkəmiz və ordumuz haqqında kitab və jurnallar təqdim olunmuşdur.

AzərTAc

Oxumağa davam et
Reklam
Reklam

Gündəm