“Rüfətin məclisdə olan qızlara baxdığını gördüm”
Bizi izləyin

Qırmızı.az

“Rüfətin məclisdə olan qızlara baxdığını gördüm”

Ucar rayon sakini, 1993-cü il təvəllüdlü Mircəlal Abbasov həmkəndlisi Rüfət Əliyevi öldürüb. Hadisə 3 aprel 2013-cü ildə Ucar şəhərində baş verib. Mircəlal aprelin 2-də, axşam saatlarında dostu Qismət Nuriyevin Zərdabi küçəsində yerləşən evində düzənlənən qonaqlıqda iştirak edib.

Qismət Nuriyev aprelin 3-də həqiqi hərbi xidmətə yollanması ilə bağlı öz evində dostlarına qonaqlıq verib. Mircəlal Abbasov da həmin qonaqlıqda iştirak edən dostlardan biri olub. Həmin qonaqlığa Rüfət Əliyev ev sahibi tərəfindən dəvət olunmayıb. Buna baxmayaraq Rüfət həmin məclisə gəlib.

Dost məclisində başlayan mübahisə

Rüfət dəvət olunmamasına baxmayaraq, orada ədəbsizlik etməyə başlayıb. O, həmin həyətdə olan ayaqyoluna gedib-gelən qızlara tamaşa etməyə başlayıb. Onun bu hərəkətini Mircəlal görüb. Mircəlal həmin məclisdə Rüfətə bir söz deməyib.

Ertəsi gün Mircəlal dostunu hərbi xidmətə yola salıb. Mircəlal dostunu hərbi xidmətə yola salandan sonra Bakı şəhərinə getmək üçün avtovağzala gəlib. O, avtovağzalda Rüfəti görüb. Mircəlal Rüfətə yaxınlaşaraq bir gün əvvəl məclisdə düzgün hərəkət etməməsi barədə öz iradını bildirib.

Mübahisə qətllə nəticələndi

Bu zaman Rüfət Əliyev Mircəlalın qolundan tutub və avtovağzalın həyətində yerləşən restoranın arxasına dəvət edib. Onlar birlikdə restoranın arxasına keçiblər. Orada Rüfət Mircəlalı söyüb və yumruqla vurmağa başlayıb. Bu vaxt Mircəlal özündə olan bıçaqla Rüfət Əliyevi vurub.

Rüfət Əliyev hadisə yerindən Ucar rayon mərkəzi xəstəxanasına aparılıb. Ona tibbi yardım göstərilməsinə baxmayaraq həyatını xilas etmək mümkün olmayıb. Həmin gün saat 22.00-da Rüfət Əliyev dünyasını dəyişib. Mircəlal Abbasov polis tərəfindən saxlanılıb.

Publika.Az-ın araşdırmasına görə, Mircəlal Abbasov Cinayət Məcəlləsinin 126.3-cü (ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olma) maddəsi ilə ittiham olunub və cinayət işi baxılması üçün Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Cinayət işi hakim Xamməd Nuriyevin sədrlik etdiyi kollegiyada araşdırılıb.

“Qızlara baxmasından əsəbləşdim”

Mircəlal Abbasov elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. Onun ifadəsinə görə, Ucar şəhərində yaşayan dostu Qismət Nuriyevin hərbi xidmətə getməsi ilə bağlı aprelin 2-də təşkil olunan məcilisdə iştirak edib. Mircəlal Abbasov deyib ki, saat 22 radələrində adını sonradan bildiyi Rüfət Əliyevin həyətdə ayaq yolunun yanında dayandığını görüb: “Rüfətin məclisdə olan qızlara baxdığını gördüm. Onun qızlara baxmasından əsəbləşdim. Həmin vaxt Rüfətə yaxınlaşdım və ondan nə üçün ayaq yolunun yanında dayanaraq qadınların ora getmələrinə mane olduğunu soruşdum. Rüfət məclisdə olan bir nəfər şəxsi gözlədiyini dedi. Mən Rüfətdən gözlədiyi şəxsin telefonunu istədim. Rüfət Əliyev bir telefon nömrəsi verdi. Lakin həmin nömrəyə zəng çatmadı. Bundan sonra Rüfətdən həyətdən getməsini tələb etdim. Rüfət isə getməyəcəyini dedi. Buna görə də onunla aramızda mübahisə yarandı. Ev sahibi Qismət Nuriyev də məsələyə qarışdı. Qismətlə birlikdə Rüfəti həyətdən çıxardıq”.

“Rüfət başı ilə məni vurmaq istədi”

Mircəlal Abbasovun sözlərinə görə, qonaqlıq başa çatandan sonra Qismətlə birlikdə küçəyə çıxıblar. O, deyib ki, həmin vaxt Rüfət Əliyevin küçənin baş tərəfində dayandığını görüblər: “Qismətlə birlikdə Rüfət Əliyevə yaxınlaşdıq. Etdiyi hərəkətlərinə görə onu döydük. Bundan sonra Rüfət Əliyev oradan getdi. Rüfət gedərkən döyülməsinin əvəzini bizdən çıxacağını dedi. Səhəri gün, saat 16.00-da Bakı şəhərinə getmək məqsədilə dostum Nurlan və Nurlanın bacısı Fidanla birlikdə Ucar rayon avtovağzalına gəldik. Nurlanın dostu Əli də bizi yola salmaq üçün avtovağzala gəlmişdi. Avtovağzalda təsadüfən Rüfət Əliyevi gördüm. Həmin vaxt Rüfətə yaxınlaşdım və məclisdə iştirak edən şəxslərə qarşı düzgün hərəkət etmədiyini dedim. Rüfət Əliyev mənim və məclisdə iştirak edən şəxslərin ünvanlarına söydü. Buna görə də onunla aramızda mübahisə yarandı. Rüfət qolundan tutaraq söhbət etmək üçün restoranın arxasına keçməyimizi dedi. Birlikdə restoranın arxasına keçdik. Rüfət başı ilə məni vurmaq istədi. Lakin onun zərbəsində yayındım”.

“Törətdiyim əməldən peşmanam”

Təqsirləndirilən şəxs deyib ki, restoranın arxasında Rüfət Əliyev təpiklə onu vurub. Onun sözlərinə görə, Rüfətin vurduğu zərbənin təsirindən xəsarət alıb. O, əlavə edib ki, Rüfətin yumruq və təpik zərbələrinin təsirindən bədənin müxtəlif nahiyyələtindən xəsarətlər alıb: “Hadisə yerinə gələn şəxslər bizi araladılar. Buna baxmayaraq Rüfət yenidən üstümə gəlmək istəyib. Bu zaman özümü müdafiə etmək məqsədilə şalvarımın cibində olan bıçağı çıxardım. Həmin bıçaqla Rüfətin qarnına bir zərbə vurdum. Orada olan şəxslər bizi yenidən araladılar. Bundan sonra həmin ərazidə uzaqlaşdım. Ərzaq mağazasına girdim və Rüfəti vurduğum bıçağı oarad piştaxtanın altına qoydum. Oradan dostu Qismətgilə getdim. Lakin adam vurduğunu onlara demədim. Bir neçə saatdan sonra polis işçiləri Qismətgilə gələrək məni polis şöbəsinə apardılar. Polis şöbəsində Rüfət Əliyevi bıçaqla vurduğumu etiraf etdim. Polislərlə birlikdə hadisə yerinə gəldik. Orada bıçağı da taparaq polislərə verdim. Törətdiyim əməldən peşmanam”.

Məhkəmənin hökmü ilə Mircəlal Abbasov 10 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan Mircəlal apelyasiya şikayəti verib. O, şikayətində barəsində olan hökmün dəyişdirilməsini və həbs olmayan cəzanın verilməsini istəyib.

Məhkumun şikayətinə Şirvan Apelyasiya Məhkəməsində baxılıb. Hakim Zəki Babayevin sədrliyi ilə keçirilən prosesdə Mircəlal Abbasovun şikayəti üzrə qərar elan olunub. Qərara görə, onun şikayəti təmin edilməyib. Mircəlal Abbasov cəzasını çəkməsi üçün ümumi rejimli cəzaçəkmə müəssisəsinə göndərilib.

Hacı Zeynalov“Rüfətin məclisdə olan qızlara baxdığını gördüm” –BİR CİNAYƏTİN TARİXÇƏSİ

Hacı Zeynalov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm