Qəza baş verdi: yaralılar var
Bizi izləyin

Qırmızı.az

Qəza baş verdi: yaralılar var

Gecə sərxoş sürücünün sükan arxasına keçməsi qəzaya səbəb olub. Avtoqəza Sabunçu rayonu Maştağa-Buzovna yolunda qeydə alınıb.

Qəza zamanı 1975-ci il təvəllüdlü Hüseyn Hüseynovun idarə etdiyi “VAZ 21011” markalı avtomaşınla 1981-ci il təvəllüdlü Saltuq Əmiraslanova məxsus “QAZ 3110” markalı nəqliyyat vasitəsi toqquşub. Hadisədən əvvəl hər iki maşın eyni istiqamətdə üzü Maştağa qəsəbəsinə doğru hərəkətdə olub və “QAZ3110” markalı avtomaşın “Jiquli”nin arxa hissəsinə çırpılıb.

Toqquşmadan sonra nəqiyyat vasitələri yoldan çıxaraq aşıb. Hadisədən sonra hər iki maşının sürücüü və “QAZ 3110”da olan bir nəfər sərnişin 40 yaşlı Eldar Dadaşov 3 saylı şəhər klinik xəstəxanasına çatdırılıb.

Xəstəxananın həkimi Ramella Məmmədovanın verdiyi məlumata görə, Eldar Dadaşovun vəziyyəti ağırdır və yaralı reanimasiyaya yerləşdirilib.

Qəza ilə bağlı Sabunçu rayon polis idarəsinin əməkdaşları tərəfindən hadisə yerində araşdırma aparılıb.

Qəzanın dəqiq hansı səbəbdən baş verməsi və gunahkar sürücünün kimliyini isə yalnız araşdırmaların gedişi müəyyən edəcək. /ANS PRESS/

Oxumağa davam et
Reklam
Reklam

Gündəm