Nuşirəvan Məhərrəmli nazirdən kömək istədi
Bizi izləyin

Qırmızı.az

Nuşirəvan Məhərrəmli nazirdən kömək istədi

“MilliTeleviziya və Radia Şurasında Azərbaycan dili ilə bağlı yeni mexanizm hazırlanır. Şura televiziya və radio kanallarında gedən verilişlərdə Azərbaycan dilinin ədəbi dil normalarına riayət olunmaması kimi problemlərin aradan qaldırılması mexanizmi üzərində işləyir”.


AzNews.az xəbər verir ki, bunu Milli Televiziya və Radio Şurasının (MTRŞ) sədri Nuşirəvan Məhərrəmli jurnalistlərə açıqlamasında bildirib. O sözügedən problemi aradan qaldırmağın asan olmadığını etiraf edərək vurğulayıb ki, indiki mərhələdə əsas iş mexanizmin hazırlanmasıprosesini qanun çərçivəsində həyata keçirməkdir:


“Bu, asan məsələ deyil. Hazırda problemin həlli yolları araşdırılır. İşlərimiz bu yöndə aparılır”.


N.Məhərrəmli sonda Təhsil Nazirliyini, dil qurumlarını və digər aidiyyatı təşkilatları MTRŞ-ya yardımçı olmağa çağırıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm