Bakıda güclü külək əsəcək
Bizi izləyin

Qırmızı.az

Bakıda güclü külək əsəcək

Sabah Bakıda və Abşeron yarımadasında güclü şimal-qərb küləyi əsəcək, iyunun 30-da isə külək daha da şiddətlənəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan Publika.az-a verilən məlumata görə, iyunun 29-da Bakıda və Abşeron yarımadasında hava şəraiti dəyişkən buludlu olacaq, arabir tutulacaq. Gecə saatlarında bəzi ərazilərdə şimşək çaxacağı, yağış yağacağı ehtimalı var. Güclü şimal-qərb küləyi əsəcək. İyunun 30-da külək daha da şiddətlənəcək.

İyunun 29-da Bakıda və Abşeron yarımadasında havanın temperaturu gecə 20-23, gündüz 30 dərəcəyə yaxın isti olacaq.

İyunun 29-da Azərbaycanın bölgələrində bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Arabir güclənən qərb küləyi əsəcək.

Aran rayonlarında havanın temperaturu gecə 20-25, gündüz 32-37, dağlarda gecə 10-15, gündüz 22-26 dərəcə isti olacaq.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm