FHN istirahət mərkəzində təlim keçib
Bizi izləyin

Qırmızı.az

FHN istirahət mərkəzində təlim keçib

Fövqəladə Hallar Nazirliyinin Muğan Regional Mərkəzi Hacıqabul rayon İcra Hakimiyyətində seminar keçirib. Publika.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi xəbərə görə, seminarın mövzusu “Dənli və texniki bitkilərin yığılması, daşınması və emalı dövründə, eləcə də meşə zolaqlarında, milli parklarda və dövlət qoruqlarında yanğın təhlükəsizliyinin etibarlı təmin edilməsi”dir.

Müşavirədə İcra hakimiyyətinin rəhbər işçiləri, ərazi icra nümayəndələri, bələdiyyələr, idarə və təşkilat rəhbərləri, sahibkarlar, Muğan Regional Dövlət Yanğın Nəzarəti idarəsinin rəis müavini və Muğan Regional Mərkəzin əməkdaşları iştirak edib.

Seminar-müşavirədə Muğan Regional Mərkəzin əməkdaşları tərəfindən qarşıdan gələn mövsümdə dənli və texniki bitkilərin yığılması, daşınması, saxlanması və emalı dövründə yanğın təhlükəsizliyi tədbirləri, həmçinin meşələrdə yanğın təhlükəsizliyinin təmin olunması üçün qarşıda duran vəzifələrdən ətraflı danışılıb. yanğına qarşı təbliğat işinə geniş yer verildi. Azərbaycanda baş vermiş yanğınlar və onların baş vermə səbəbləri haqqında ümumiləşdirici məlumat verildikdən sonra, müşavirə iştirakçılarına yüksək gərginlikli elektrik hava xətlərinin mühafizə zonalarında və ətraf sahələrdə yanğına qarşı qabaqlayıcı tədbirlərin aparılması mövzusunda izahlar verilib. Sonra mövzulara dair müxtəlif slaydlar nümayiş etdirilib. Bundan başqa, Tailandda istehsal olunmuş avtomatik yanğınsöndürmə topu müşavirə iştirakçılarına təqdim olunub və bu haqda ətraflı məlumatlar onların diqqətinə çatdırılıb.Fövqəladə Hallar Nazirliyinin fəaliyyət istiqamətləri, struktur bölmələri haqqında video-çarx nümayiş etdirildikdən sonra, seminar-müşavirədə edilən çıxışların rəhbər işçilər tərəfindən iş yerlərində bir daha müzakirə olunması, müvafiq tədbirlərin görülməsi və belə tədbirlərin davam etdirilməsi qərara alınıb.

FHN-nin Sumqayıt Regional Mərkəzi Xızı rayonunun Baxışlı kəndi və Altıağac qəsəbəsində yerləşən meşə sahələrində, eləcə də “Cənnət bağı”, “Vüsal”, “Mərcan”, “Altıağac”, “Həyat” istirahət mərkəzlərində “Yanğın təhlükəsizliyi qaydaları” mövzusunda maarifləndirmə və təbliğat tədbirləri həyata keçirib.

Sumqayıt Regional Mərkəzi ilə Dövlət Yanğın Nəzarəti Xidməti arasında razılaşdırılmış qarşılıqlı fəaliyyət planına uyğun olaraq Mərkəzin Ərazi orqanları ilə iş şöbəsinin və Sumqayıt Regional Dövlət Yanğın Nəzarəti İdarəsinin əməkdaşları Xızı rayonunun Baxışlı kəndi və Altıağac qəsəbəsində yerləşən meşə sahələrində, eləcə də “Cənnət bağı”, “Vüsal”, “Mərcan”, “Altıağac”, “Həyat” kimi bir sıra istirahət mərkəzlərində olub, orada istirahət edən əhali arasında maarifləndirmə işi həyata keçiriblər.

Tədbirlərin əsas məqsədi burada çalışan personalı və istirahət edən vətəndaşları yanğın ehtimalı baş verə biləcək yerlərdə, xüsusilə də meşə zolaqlarında son dərəcə diqqətli olmağa çağırmaq olub. Təlimat zamanı vətəndaşlara yanğın təhlükəsizliyi norma və prinsipləri barəsində də ətraflı məlumat verilib. Eyni zamanda yerli əhaliyə meşə massivlərində yanğınların baş verməsinin qarşısının vaxtında və operativ şəkildə alınması üçün bütün zəruri və qabaqlayıcı tədbirlərin görülməsi istiqamətində də tövsiyələr verilib.

Təlimatda iştirak edən vətəndaşlara yanğın təhlükəsizliyi qaydaları ilə bağlı bukletlər, müxtəlif maarifləndirici xarakterli təbliğat materialları paylanılıb. Sonda vətəndaşları maraqlandıran bütün suallar cavablandırılıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm