
"Qazax rayonunu Ermənistanın Tavuş vilayətinə birləşdirəcəyik".
Ermənistanın keçmiş Berd (indiki Tavuş) rayonu sakinlərinin həmyerli cəmiyyətinin sədri Sergey Barseqyan Azərbaycanı Qazaxa hücumla hədələyib.
Anspress-in verdiyi məlumata görə, Barseqyan BMT-nin Ermənistan
təmsilçisi B. Buzettoya, ATƏT-in İrəvan ofisinin rəhbəri A.Sorokinə
və s. beynəlxalq qurum təmsilçilərinə ünvanladığı məktubunda
bildirib: “Biz sərhəd könüllüləri briqadası yaradacağıq və keçmişdə
ermənilərə məxsus olmuş Qazax rayonunu Ermənistanın Tavuş
vilayətinə birləşdirəcəyik”.
Sərhəddə gedən atışmaya görə Azərbaycanı günahlandıran erməni icma
başçısı beynəlxalq qurumlardan atəşkəsi dayandırmağı tələb
edir.