Ləzgi məscidi MTN əməliyyatından sonra - Foto
Bizi izləyin

Qırmızı.az

Ləzgi məscidi MTN əməliyyatından sonra - Foto

Bakı məscidləri içində adı mediada tez-tez hallanan 2-3 ibadət yerindən biri də “Ləzgi məscidi” kimi tanınan Aşurbəy məscididir. Bu ibadət yerinin adının son vaxtlar tez-tez hallanmasının bir səbəbi də iyunun 21-də Daxili İşlər və Milli Təhlükəsizlik nazirliklərinin məsciddə birgə əməliyyat keçirməsidir.

Güc strukturlarının keçirdiyi əməliyyatdan sonra məsciddə vəziyyəti öyrənmək üçün Axar.az-ın əməkdaşı İçərişəhərdə yerləşən tarixi məscidə yollanıb.

Say azalıb

Güc nazirliklərinin birgə əməliyyatından sonra Ləzgi məscidinə gələnlərin sayı azalıb. Ancaq havanın isti olmasını nəzərə alsaq, Aşurbəy məscidində namaz qılanların sayı elə də az deyil. Günorta ibadətini başa vurub məsciddən çıxanlarla danışdıq. Çəkilişə icazə verməyən sələfilərlə söhbət etməyi razılaşdırdıq. Dediklərinə görə, ibadət etmələrinə heç kim mane olmasa da, cümə günləri xeyli çətinlik çəkirlər:

Cümə basırığı

“Bizim ibadətimizə mane olan yoxdur. Ancaq cümə namazında xeyli əziyyət çəkirik. Gəlin, öz gözlərinizlə görün. Cüməyə gələn çox olur deyə, məscidə sığışmırıq. Məscidin qapısında namaz qılamağımıza isə imkan vermirlər”.

Cümə günü ibadətlərinə mane olunduğunu deyən sələfi onu da bildirdi ki, onların ibadət etməkdən başqa bir işləri yoxdur. Heç bir başqa cərəyana-filan qoşulmurlar:

“Biz yazıq axı nə etmişik? Sakitcə namazımızı qılıb evimizə, işimizə gedirik. Dövlətin ziddinə olan heç bir işlə məşğul deyilik. Namazımızı qılıb sakitcə dağılışırıq. Amma yenə də imkan vermirlər”.

Ləzgi Aşurbəy

Məscidin divarları üzərindəki kitabəyə görə, onu 1169-cu ildə (hicri təqvimi ilə 567-ci ildə) ustad Aşur İbrahim oğlu tikib. Məscidinin adının Aşurbəy olması da onu inşa edən həmin şəxsin adı ilə bağlıdır. Ləzgi məscidi olaraq tanınması isə, son 2 əsrdə məsciddə namaz qılanların böyük bir hissəsinin ləzgi olması ilə bağlıdır. Hazırda da məscidə gələnlərin arasında ləzgi etnik qrupuna aid olanlar üstünlük təşkil edir. Ən azından məscidə gələnlərin arasında bir günlük müşahidələr bunu deməyə əsas verir.

Casus “allah adamları”

Sələfilərdən biri deyir ki, məscidə gələnlərin arasında heç kimin tanımadığı adamlar da var:

“Allah özü bilir ki, bura kim, nə üçün gəlir. Adam var ki, bura ibadət üçün gəlir, Allaha etiqad üçün gəlir, elələri də var ki, kəşfiyyat üçün. Allah hamını görür, daha nə deyim?”

Məscidin İmam-camaatı Hacı Faiq Mustafa ilə söhbət etmək istəyimiz baş tutmadı. Məscidin yuxarı başında oturan orta yaşlı sələfi ilə söhbət zamanı öyrəndik ki, ləzgi məscidinin axundu yaşının çox olmasına görə hər namaza gələ bilmir:

“Hacı burda deyil. Yəqin ki, bu gün gəlməz. Yaşı çoxdur, hər dəfə gələ bilmir. Siz səhər namazı vaxtı bura gəlsəniz burda olar”.

Məsələni gündəmdə saxlayacaq və Hacı Faiq Mustafa ilə söhbətləşən kimi sizə təqdim edəcəyik.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm