Qonşusunun mənzilini qarət etdi
Bizi izləyin

Qırmızı.az

Qonşusunun mənzilini qarət etdi

Göygöl rayonunda mənzildən xeyli qızıl zinyət əşyaları oğurlanıb.

Rayon polis şöbəsinin baş müstəntiqi Elşən Elçiyevin Publika.az-a verdiyi məlumata görə, hadisə Emin Məmmədova məxsus mənzildə baş verib.

Müstəntiqin sözlərinə görə, zərərçəkmişin mənzilindən 300 manat dəyərində bir ədəd "LG" markalı televizor və 700 manat dəyərində qızıl zinyət əşyaları oğurlanıb. Polisin keçirdiyi əməliyyat axtarış tədbirləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən Göygöl rayon sakini Məshər Hüseynov saxlanılıb.

O, ifadəsində Emin Məmmədovla qonşu olduğunu, evdə heç kimin olmamasından istifadə edərək bu cinayətə əl atdığıni etiraf edib. Oğurluq etməsinin səbəbini isə imkansızlıqla əlaqələndirib.

“Evdə heç kimin olmadığını bilirdim. Pəncərədən içəri daxil olub pulu və televizoru götürüb evə gətirdim. Heç bir gün keçmədi ki, tutuldum və oğurladıqlarmı istintaqa təhvil verdim”.

Əməlindən peşman olan Məshər Hüseynov barəsində Göygöl rayon polis şöbəsində Cinayət Məcəlləsinin oğurluq maddəsi ilə cinayət işi başlanıb.

Simnarə

Oxumağa davam et
Reklam
Reklam

Gündəm