Qırmızı.az
Gürcüstanlı qadın sürücü Bakıda qəzaya düşdü
Bakıda sürücünün sürət həddini aşması qəzaya
səbəb olub. Suraxanı rayonu ərazisində qeydə alınan hadisə zamanı
iki minik avtomobili toqquşub. Aeroport şosesi ilə üzü Mərdəkan
qəsəbəsi istiqaməində hərəkət edən “Hyundai” maraklı minik maşını
onunla eyni istiqamətdə olan Gürcüstan vətəndaşı Orli Palaqaşviliyə
məxsus “Chevrolet” markalı digər nəqliyyat vasitəsinin arxasına
çırpılıb. Zərbənin təsirindən “Chevrolet”in xanım sürücüsünün
sükana nəzarəti itirib ki, bu da son olaraq minik maşının dəmir
arakəsmələrə çırpılması ilə nəticələnib.
Hadisə zamanı xəsarət faktı da qeydə alınıb. Belə
ki, “Hyundai”nin sürücüsü və onun xanım sərnişini yüngül yaralanıb.
Onlara da hadisə yerinə çağırılan təcili tibbi yardım briqadasının
həkimləri kömək edib.
Qəza sözü gedən yolda avtomobillərin hərəkətində
sıxlığın yaranmasına da səbəb olub.
Qəzanın təfərrüatlarını Suraxanı polisi araşdırır.
Yol nəqliyyat hadisəsinin hansı sürücünün günahı ucbatından baş
verdiyi isə aparılacaq təhqiqatın sonunda məlum olacaq.
-
Nida Xəbər 11:46
Baqrat impiçment başlatdı: Nikol gedir, yoxsa...
-
Ekologiya11:31
Bu ölkə böyük təhlükə ilə üz-üzədir: qarşısı alınmasa...
-
Nida Xəbər 11:00
Binəqədidə Ulu Öndərə həsr olunmuş tədbir keçirildi - FOTO
-
Region10:23
İrandan bu güzəştləri tələb edirlər, əks halda müharibəyə cəlb olunacaq - Rəisidən etiraf
-
Region09:36
Paşinyana qarşı üsyanda Köçəryan izi: Ayağında “problem” olan keşiş oteldə tapıldı - FOTO
-
Rəsmi xronika09:12
Prezidentdən Heydər Əliyevlə bağlı paylaşım
-
Magazin104:44
“Xəbəri eşidəndən ağlayıram” - Mehriban Xanlarova
-
Kriminal04:14
Ananın məşqçi ilə yaxın münasibəti oğlunun ölümü ilə sonlandı: dəhşətli qətlin PƏRDƏARXASI - VİDEO