Qırmızı.az
Nazirlikdən oruc qadağasına münasibət
Müdafiə Nazirliyi bəzi kütləvi informasiya vasitələrində oruc
tutan hərbi qulluqçulara guya nazirlik tərəfindən qadağa qoyulması
barədə məlumatlara münasibət bildirib.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə,
nazirliyin bu məsələyə münasibəti ondan ibarətdir ki, hərbi
hissələrin komandanlığı valideynləri, ictimaiyyətin
nümayəndələrini, din xadimlərini, ağsaqqalları hərbi hissələrə
dəvət edərək məsləhətləşmələr aparır və onlar hərbi xidmətin
spesifikası, xidmət dövrü ərzində oruc tutulmasının tibbi, fiziki,
psixioloji baxımdan orqanizmə təsiri və nəticələri barədə hərbi
qulluqçular arasında maarifləndirici işin həyata keçirilməsinə cəlb
edilirlər.
Nazirliyin tabeliyində olan hərbi hissələrin əksəriyyətinin ağır
iqlim şəraitində, relyefi müxtəlif və mürəkkəb olan ərazilərdə -
yüksək dağlıq, düzənlik-ovalıq şəraitində, düşmənlə üz-üzə təmas
xəttində, daim səngərlərdə, postlarda yerləşməsi, daim döyüş
növbətçiliyi çəkməsi dini ayinlərin icrasına çətinlik yaradan əsas
amil kimi nəzərə alınmalıdır.
Diqqət yetiriləsi məqamlardan biri də odur ki, hazırda
vətəndaşların müddətli həqiqi hərbi xidmətə çağırılması həyata
keçirilir. Bu dövrdə ailə mühitindən ayrılaraq, ordu sıralarına
yeni gələn gənclərin fiziki, mənəvi-psixioloji adaptasiya keçməsi,
ciddi surətdə əməl olunan günün nizam qaydalarına, həmçinin
orqanizmə təsir edən digər amillərə uyğunlaşması vacibdir. Bu
müddətdə həm iqlim şəraiti, həm də ailədən ayrılaraq tamamilə başqa
mühitə düşməsi, o cümlədən yeni kollektivdə ünsiyyət qurması kimi
fizioloji və mənəvi-psixioloji amillərin gənclərimizə təsiri də
mövcuddur.
Müdafiə Nazirliyinin qarşısında duran ən əsas vəzifələrindən biri
də döyüş növbətçiliyinin yerinə yetirilməsi ilə əlaqədar verilən
döyüş tapşırıqlarını vaxtında, dəqiq, düzgün icra edən, silah və
texnikanı dərindən bilən, eyni zamanda düşməni məhv etməyə hazır
olan, fiziki cəhətdən sağlam, cevik, çətinlikləri məharətlə dəf
edən, dözümlü və döyüş əzmi yüksək olan hərbi qulluqçular
yetişdirməkdir.
Məlumatda deyilir: "Məhz bu səbəbdən də bu incə və həssas məsələyə
qadağa deyil, hərbi xidmətin xüsusiyyətləri nəzərə alınmaqla, hərbi
qulluqçuların sağlamlığının qorunması, təhlükəsizlik və yüksək
döyüş hazırlığı prizmasından baxılması məqsədəuyğundur".
-
Magazin123:26
Xumar Qədimova daha bir məşhur şeiri mahnıya çevirdi - VİDEO
-
İnanc23:02
Həcc ziyarəti ilə bağlı zəvvarlara XƏBƏRDARLIQ
-
Region22:37
Başqa çıxış yolumuz yoxdur - Paşinyan
-
Hadisə21:47
Dörd aylıq körpə binadan necə düşüb? - Hadisə yerindən GÖRÜNTÜLƏR
-
Magazin121:35
Günelə nə olub? - Xəstəxanadan görüntüsünü paylaşdı və... - FOTO
-
Hadisə21:10
Qırmızı işıqda keçən nazirin maşını aşdı - FOTO
-
Magazin120:22
Müğənni Yalının qohumu sevgilisi tərəfindən qətlə yetirildi - FOTO
-
Dünya19:57
Zelenski onu yeni vəzifəyə təyin etdi