Oğlan əmisini bıçaqladı
Bizi izləyin

Qırmızı.az

Oğlan əmisini bıçaqladı

Tərtərdə bir nəfər öz əmisini bıçaqlayıb.

Publika.az-ın məlumatına görə, hadisə rayonun Ələsgərli kəndində baş verib.

Əmiylə qardaşoğlunun mübahisəsi ikincinin bıçağa əl atmasına səbəb olub. 20 yaşlı Oqtay Xanlarzadə əmisi 43 yaşlı əmisi Fizuli Qurbanova üç bıçaq zərbəsi endirib.

Döş qəfəsindən və qarın nahiyəsindən yaralanan Fizuli Qurbanov Bərdə Mərkəzi Rayon Xəstəxanasına aparılıb.

Yaralıya tibbi yardım göstərilib.

Xəstəxanadan aldığımız məlumata görə, hazırda Fizuli Qurbanovun vəziyyəti yaxşıdır.

Tərtər rayon polis şöbəsindən də hadisənin şəxsi münasibətlər zəminində baş verdiyini təsdiqlədilər.

Təqsirləndirilən şəxs artıq polis tərəfindən saxlanılıb.

Hazırda faktla bağlı araşdırma aparılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm