Poçt müdiri özünü asdı
Bizi izləyin

Qırmızı.az

Poçt müdiri özünü asdı

Ötən gün Şabran rayonunda poçt məntəqəsinin müdiri özünü asıb.


ANS PRESS-in bölgə müxbirinə verdiyi məlumata görə, hadisə Dəvəçi massivi adlanan ərazisində baş verib.


Belə ki, 1988-ci il təvəllüdlü Elvin Zəkiyevin asılmış meyidi tapılıb. Hadisə yerinə hüquq-mühafizə orqanları əməkdaşları cəlb olunub. Araşdırmalar zamanı onun intihar etdiyi məlum olub.


Qeyd edək ki, Elvin Zəkiyev Şabran rayonunun Çölquşçu kənd poçt məntəqəsinin müdiri olub. O, bir neçə gün əvvəl həyat yoldaşından boşanıb və bir övladı var.


Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm