TQDK: “Həmin bakalavrlar qəbul olanlar siyahısından xaric ediləcəklər”
Bizi izləyin

Qırmızı.az

TQDK: “Həmin bakalavrlar qəbul olanlar siyahısından xaric ediləcəklər”

Ali təhsil müəssisələrinin magistraturalarına qəbul olan bakalavrların qeydiyyatı davam edir.

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından Publika.az-a verilən məlumata görə, ali təhsil müəssisələrində qeydiyyatı iyunun 25-dən başlanmış və bu proses iyulun 10-da başa çatacaq.

Ancaq buna baxmayaraq, magistratura səviyyəsinə qəbul olan bakalavrların bir qismi qəbul olduqları ali təhsil müəssisələrində qeydiyyatdan keçməyiblər.

TQDK-dan verilən məlumatda bildirilib ki, abituriyentlər iyulun 10-dək tələb olunan sənədləri təqdim etməklə qeydiyyatdan keçməlidirlər.

Bakalavrın göstərilən müddətdə qeydiyyatdan keçməməsi müvafiq ixtisasa yerləşdirilməkdən imtina etməsi kimi qiymətləndiriləcək və və həmin bakalavrlar qəbul olanlar siyahısından xaric ediləcəklər.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm