Qırmızı.az
İstilərlə bağlı orduda xüsusi tədbirlər görülür
Silahlı Qüvvələrin şəxsi heyəti arasında istilik və günvurma hallarının qarşısının alınması üçün profilaktik tədbirlər davam etdirilir.
Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri polkovnik-leytenant Vaqif Dərgahlı Trend-in sorğusunu cavablandırarkən bildirib ki, havanın hərarətinin yüksək olduğu günlərdə şəxsi heyəti istilik və günvurmadan qorumaq üçün döyüş hazırlığı məşğələləri saat 11:00-dək və 17:00-dan sonra keçirilir, hərbi qulluqçulara günorta saatlarında istirahət verilir.
Eyni zamanda, profilaktik tədbirlər çərçivəsində döyüş hazırlığı və
gündəlik fəaliyyət tədbirləri planlaşdırılarkən hərbi qulluqçular
günəş şüalarının birbaşa düşdüyü ərazidə olmamalı, əsasən
kölgəlikdə, kazarma şəraitində yerləşdirilməli, açıq səma altında
görülən xidməti işlərə cəlb olunmamalıdır.
Eyni zamanda hərbi hissələrdə sərin su duşları və əlavə su
təchizatı məntəqələri yaradılıb, şəxsi heyət içməli su və fərdi su
qabları ilə təmin edilib.
Müdafiə Nazirliyinin Tibb Baş İdarəsi tərəfindən istilik və
günvurmanın profilaktikası, onların əlamətləri və tibbi yardımın
göstərilməsi haqqında şəxsi heyətlə metodik məşğələlər keçirilib və
sanitariya maarifləndirməsi işi təşkil olunub.
Qeyd edək ki, havanın temperaturunun yüksəlməsi ilə əlaqədar
Silahlı Qüvvələrin şəxsi heyəti arasında istilik və günvurma
hallarının qarşısının alınması məqsədilə müdafiə naziri
general-polkovnik Zakir Həsənovun əmrinə əsasən, may ayından hərbi
hissə və birləşmələrdə xüsusi rejimin tətbiq olunmasına
başlanılıb.
-
Magazin126 Aprel 23:26
Xumar Qədimova daha bir məşhur şeiri mahnıya çevirdi - VİDEO
-
İnanc26 Aprel 23:02
Həcc ziyarəti ilə bağlı zəvvarlara XƏBƏRDARLIQ
-
Region26 Aprel 22:37
Başqa çıxış yolumuz yoxdur - Paşinyan
-
Hadisə26 Aprel 21:47
Dörd aylıq körpə binadan necə düşüb? - Hadisə yerindən GÖRÜNTÜLƏR
-
Magazin126 Aprel 21:35
Günelə nə olub? - Xəstəxanadan görüntüsünü paylaşdı və... - FOTO
-
Hadisə26 Aprel 21:10
Qırmızı işıqda keçən nazirin maşını aşdı - FOTO
-
Magazin126 Aprel 20:22
Müğənni Yalının qohumu sevgilisi tərəfindən qətlə yetirildi - FOTO
-
Dünya26 Aprel 19:57
Zelenski onu yeni vəzifəyə təyin etdi