• USD 1,7430 0,00% EUR 1,8487 0,00%
    • GBP 2,1929 0,00% RUB 0,0275 0,00%

Yol qəzalarında ölən və xəsarət alan uşaqların sayı artıb

Yol qəzalarında ölən və xəsarət alan uşaqların sayı artıb

2014-cü ilin ilk 6 ayı ərzində Bakıda azyaşlılarla əlaqəli 37 yol-nəqliyyat hadisəsi baş verib. Nəticədə 9 nəfər ölüb, 29 nəfər isə müxtəlif dərəcədə bədən xəsarətləri alıb.

Bunu Trend-in sorğusuna cavab olaraq Daxili İşlər Nazirliyinin (DİN) Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin İctimai qurumlarla əlaqə bölməsinin rəisi, polis polkovnik-leytenantı Vaqif Əsədov bildirib.

Bölmə rəisi deyib ki, hesabat dövrü ərzində qeydə alınan 14 hadisədə 3 məktəbəqər azyaşlı həlak olub, 12 nəfəri isə yaralanıb. Məktəblilərin iştirakı ilə baş vermiş 23 yol-nəqliyyat hadisəsi zamanı 6 şagird həlak olub, 17-si isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb: "Ötən ilin müvafiq dövrü ilə müqayisədə yol qəzaları zamanı yaralanan azyaşlı uşaqların sayı 1 fakt azalsa da, onların iştirakı ilə baş vermiş hadisələrin sayı 2 fakt, ölənlərin sayı isə 2 nəfər artıb ki, bu da çox böyük narahatlıq doğurur. Ona görə də sürücülərdən nəqliyyat vasitəsini idarə edərkən bunu nəzərə almağı, valideynlərdən isə övladlarına daha ciddi diqqət yetirmələrini xahiş edirik".

Qeyd edək ki, 2014-cü ilin yanvar ayının 1-dən iyul ayının 1-dək Bakı şəhəri üzrə 444 yol-nəqliyyat hadisəsi baş verib. Nəticədə 139 nəfər həlak olub, 438 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR