Moskvada erməni quldur dəstəsi həbs olundu
Bizi izləyin

Qırmızı.az

Moskvada erməni quldur dəstəsi həbs olundu

Rusiya polisi paytaxt Moskva şəhərində ermənilərdən ibarət quldur dəstəsinin üzvlərini həbs edib.

ANS PRESS-in məlumatına görə, onlar Rusiya Dövlət Dumasının deputatının köməkçisinə hücum etməkdə günahlandırılırlar.

Rusiya daxili işlər nazirliyi bildirib ki, quldurlar 2013-cü ilin sentyabr ayında Moskvanın cənub dairəsində rus siyasətçiyə hücum ediblər və onun avtmobilini əlindən alıblar.

Hadisə ilə bağlı üç nəfər tutulub, onlardan ikisi Ermənistan vətəndaşıdır. Tutulanlardan “Makarov” tapançası, bir ədəd qeydiyyatsız tüfəng və 40 patron götürülüb. Oğurlanmış avtomobilin sənədləri də ələ keçib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm