Lənkəran və Şəmkirdə ev yandı
Bizi izləyin

Qırmızı.az

Lənkəran və Şəmkirdə ev yandı

Lənkəran şəhərində vətəndaşa məxsus ümumi sahəsi 225 kv.m olan ikimərtəbəli 6 otaq və aynabənddən ibarət evin 2-ci mərtəbəsində aynabəndin yanar konstruksiyaları 30 kv.m və dam örtüyünün yanar konstruksiyaları 60 kv.m sahədə yanıb.

ANS PRESS-in məlumatına görə, evin qalan hissəsi yanğından mühafizə olunub.

Şəmkir rayon mərkəzindən 12 km aralıda yerləşən Dəllər Cırdaxan kəndində də vətəndaşa məxsus ümumi sahəsi 320 kv.m olan birmərtəbəli 3 otaq və aynabənddən ibarət kürsülü evin bir otağının tavanı, ev əşyaları 30 kv.m sahədə yanıb.

Hər iki yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm