Qırmızı.az
Oruc tutmaqla bağlı bilmədiyimiz HARAM
Oruc tutmağın tövsiyə edildiyi günlər araşdırıldığında bunun təsadüfi olmayıb, müəyyən bir dövrə görə təşkil edildiyi aşkar olunub. Bu baxımdan oruc tutmanın ruhi və bədəni faydalarını nəzərə alsaq, ilin müəyyən vaxtlarında oruc tutmaq, olduqca, faydalıdır, tutulacaq orucları Peyğəmbərimizin təklif etdiyi günlərdə tutmaq, xüsusilə, savabdır.
Aktual.az Türkiyə mətbuatına istinadən xəbər verir
ki, aşağıda göstərilən günlərdə oruc tutmanın fəziləti və adama
qazandıracağı savablar mövzusunda bir çox hədislər rəvayət
edilib.
Şəvval Orucu. Qəməri ay təqvimində Ramazan ayından
sonrakı ay, Şəvval ayıdır. Şəvval ayında altı gün oruc tutmaq
məsləhətlidir. Bu orucların bayramdan dərhal sonra tutulması, daha
fəzilətli olmaqla birlikdə, ay ərzində fasiləli olaraq, tutulması
da mümkündür. Qəza orucları bu günlərdə tutula
bilər.
Peyğəmbərimiz buyurub ki, “Ramazanı orucla keçirib
Şəvval ayının altı gününü də əlavə edən adam bütün ili oruclu
keçirmiş sayılır”.
Aşura Orucu. Məhərrəm ayının onuncu gününə
"Aşura" deyirlər. Hz. Peyğəmbərin həmin gün oruc tutduğu rəvayət
edilir. Lakin, sadəcə, 1 gün oruc tutulması doğru deyil, həmin
gündən əvvəlki və ya sonrakı günün də oruclu keçirilməsi tövsiyə
edilir.
Hər ayın üç günü tutulan oruc. Peyğəmbərimiz hər
ayın üç gününü, xüsusilə, qəmər ayının 13-ü, 14-ü və 15-i oruc
tutmağı tövsiyə edib. Qəməri təqvimə (ay təqvimi) görə, həmin
günlər "əyyami bid" adlanır.
Zilhiccə Orucu. Zilhiccə ayının ilk doqquz
günündə oruc tutmaq tövsiyə edilir. Zilhiccə ayının 10-cu günü
Qurban bayramının ilk günüdür.
Haram aylarda oruc. Haram aylar olaraq, bilinən
Zilqədə, Məhərrəm və Rəcəb aylarında, cümə axşamı, cümə və şənbə
günləri oruc tutmaq tövsiyə edilir.
Şaban Orucu. Aişə anamızın ifadə etdiyinə görə,
Peyğəmbərimiz ən çox Şaban ayında oruc tutub.
Davud Orucu. Yəni, bir gün oruc tutub, bir gün
tutmamaq. Peyğəmbərimiz tərəfindən "Savm-ı Davud" olaraq
adlandırılan bu orucu tutmaq fəzilətlidir.
-
Magazin126 Aprel 23:26
Xumar Qədimova daha bir məşhur şeiri mahnıya çevirdi - VİDEO
-
İnanc26 Aprel 23:02
Həcc ziyarəti ilə bağlı zəvvarlara XƏBƏRDARLIQ
-
Region26 Aprel 22:37
Başqa çıxış yolumuz yoxdur - Paşinyan
-
Hadisə26 Aprel 21:47
Dörd aylıq körpə binadan necə düşüb? - Hadisə yerindən GÖRÜNTÜLƏR
-
Magazin126 Aprel 21:35
Günelə nə olub? - Xəstəxanadan görüntüsünü paylaşdı və... - FOTO
-
Hadisə26 Aprel 21:10
Qırmızı işıqda keçən nazirin maşını aşdı - FOTO
-
Magazin126 Aprel 20:22
Müğənni Yalının qohumu sevgilisi tərəfindən qətlə yetirildi - FOTO
-
Dünya26 Aprel 19:57
Zelenski onu yeni vəzifəyə təyin etdi