TQDK-dan etiraz xəbərinə açıqlama (YENİLƏNİB)
Bizi izləyin

Qırmızı.az

TQDK-dan etiraz xəbərinə açıqlama (YENİLƏNİB)

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) narazı abituriyentlərin aksiya keçirməsi haqda xəbərlərə aydınlıq gətirib. TQDK-nın mətbuat xidmətinin rəhbəri Elnur Nağızadə Publika.az-a açıqlamasında sadəcə anlaşılmazlıq olduğunu bildirib:

“Burada hər hansı aksiyadan söhbət gedə bilməz. Kolleclərə qəbul ola bilməyən bir neçə şəxs komissiyaya müraciət edib. Onlar müsabiqə vəziyyətinin bəzi xüsusiyyətlərini düzgün təhlil edə bilməyiblər. Onlarla görüş keçirildi və anlaşılmayan məqamlar izah edildi. Müsabiqədən kənarda qalan hər bir şəxs müraciət edir və məsələlər aydınlaşdırılır”.

Gülxar

13:47

Bu saatlarda bir qrup şagird və valideyn Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının qarşısına toplanıb. Publika.az-ın məlumatına görə, onlar orta ixtisas təhsil müəssisələrinə keçirilən imtahanların nəticələrindən narazıdır.

Şagirdlər balların bu il yüksək olduğunu iddia edirlər.

Qeyd edək ki, iyunun 29-da ümumi orta təhsil bazasında (9 illik) orta ixtisas təhsili müəssisələrinə əvvəlki illərin məzunları üçün qəbul imtahanı keçirib. İmtahan nəticələrinə əsasən, yerlərin 99.04 faizi dolub.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm