Qırmızı.az
I və IV qrup üzrə yüksək bal toplayanların sayı artıb
Bu il ali və orta ixtisas məktəblərinə I ixtisas qrupu üzrə keçirilən qəbul imtahanlarında 1525 nəfər, IV ixtisas qrupunda 403 nəfər 600-dən çox bal toplayıb.
Publika.az-ın məlumatına görə, bunu Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının mətbuat xidmətinin rəhbəri Elnur Nağızadə bu gün keçirdiyi mətbuat konfrasında bildirib.
Onun sözlərinə görə, bu il I qrup üzrə 1525 nəfər, IV qrup üzrə isə 930 nəfər abituriyent 500-dən çox bal toplayıb.
Bu il hər iki qrup üzrə yüksək bal toplayanların sayı ötən illə müqayisədə artıb. Ötən il I qrup üzrə 1179 nəfər 500-dən çox, 367 nəfər isə 600-dən çox , IV qrup üzrə 973 nəfər 500-dən çox, 403 nəfər 600-dən çox nəticə göstərib.
E.Nağızadə bildirib ki, bu il ali məktəblətim I və IV ixtisas qrupu üzrə müsabiqə vəziyyətinin çətin olmayacağı gözlənilir. Onun sözlərinə görə, bu il I ixtisas qrupu üzrə qəbul planı ötən ilə nisbətən təxminən 3,93 faiz artıb. Bu il I qrup üzrə ali məktəblərə 12 052 plan yeri ayrılıb, müsabiqədə isə 12 319 nəfər iştirak edir. Bu isə o deməkdir ki, 1 plan yeri uğrunda 1 nəfər mübarizə aparacaq. IV qrup üzrə isə qəbul planında cüzi - cəmi 32 plan yeri artıb və 4482 yer ayrılıb.
-
Magazin202:00
Məşhur reper öpüşmə səhnəsinə görə sevgilisini tərk etdi
-
Qoroskop00:35
Günün qoroskopu: bir sıra mətləblər əyan olacaq
-
Nida Xəbər 1 May 23:50
Paşinyan: Mümkün qədər tez...
-
Hadisə1 May 23:26
Qızı evdən qaçan ata efirdə göz yaşı tökdü - VİDEO
-
İqtisadi gündəm1 May 22:50
Dolların qiyməti ilə bağlı QƏRAR
-
Region1 May 22:42
Türkiyə ordusu şəhid verdi
-
İKT1 May 20:50
Telekanallarla bağlı statistika AÇIQLANDI - Ən çox bu verilişlər...
-
Region1 May 20:40
"Xarici agentlər haqqında" qanun layihəsi ikinci oxunuşda qəbul edildi