Nazir vətəndaşlarla görüşdü (FOTO)
Bizi izləyin

Qırmızı.az

Nazir vətəndaşlarla görüşdü (FOTO)

İqtisadiyyat və sənaye naziri Şahin Mustafayev Zaqatalada vətəndaşlarla görüşüb.

ANS PRESS-in Nazirliyə istinadla verdiyi məlumata görə, Zaqatala şəhər 2 saylı tam orta məktəbin binasında təşkil olunmuş qəbulda nazir Şahin Mustafayev Balakən, Zaqatala və Qax rayonlarından olan vətəndaşların müraciətlərini və təkliflərini diqqətlə dinləyib. Qaldırılan məsələlərin həlli üçün Nazirliyin aidiyyəti struktur bölmələrinin rəhbərlərinə müvafiq tapşırıqlar verilib. Vətəndaşların əksər müraciətləri yerindəcə həll edilib. Araşdırılma tələb olunan, eləcə də İqtisadiyyat və Sənaye Nazirliyinin fəaliyyət istiqamətinə aid olmayan məsələlərlə bağlı müraciətlər isə müvafiq tədbirlərin görülməsi və aidiyyəti qurumlara çatdırılmaq üçün qeydiyyata alınıb.

Zaqatalada keçirilmiş qəbulda iqtisadiyyat və sənaye naziri 100-dək vətəndaşı qəbul edib. Vətəndaşların müraciətləri əsasən sahibkarlıq fəaliyyəti, güzəştli kreditlərin verilməsi, bitkiçilik, heyvandarlıq, quşçuluq və balıqçılıq, mebel, plastik qapı-pəncərə, qənnadı məhsullarının istehsalı, meyvə emalı, kəndin qazlaşdırılması, kəndlərarası körpünün tikintisi, sosial və s. məsələlərlə bağlı olub. Qəbula gəlmiş sahibkarlarla regionun iqtisadi potensialından daha səmərəli istifadə edilməsi barədə müzakirələr aparılmış, onların təklifləri dinlənilmiş, arıçılıq, quşçuluq, heyvandarlıq, taxılçılıq, meyvə və süd emalı, çörək istehsalı və s. sahələr üzrə investisiya layihələrinin maliyyələşdirilməsi barədə müvafiq göstərişlər verilib.

Qəbul günü birbaşa müraciət edən vətəndaşlar da nazir Şahin Mustafayev tərəfindən qəbul edilib, hər bir vətəndaşın müraciətinə həssaslıqla yanaşılıb. Vətəndaşlar diqqətlə dinlənilib və onların müraciətlərinin operativ həlli üçün müvafiq tədbirlər görülüb.











Oxumağa davam et
Reklam
Reklam

Gündəm