Ermənilər Tərtər sakinini ağır yaraladı
Bizi izləyin

Qırmızı.az

Ermənilər Tərtər sakinini ağır yaraladı

Bu gün saat 16:00 radələrində Ermənistan Silahlı Qüvvələrinin atəşkəsi pozması nəticəsində bir nəfər mülki şəxs yaralanıb.

Tərtər şəhər sakini, 26 yaşlı Mübariz adlı şəxs Çaylı kəndi yaxınlığında Tərtər çayı sahilində balıq tutarkən Ermənistan Silahlı Qüvvələrinin Azərbaycanın işğal edilmiş ərazilərindən açdığı atəş nəticəsində ağır yaralanıb.

Hazırda hüquq-mühafizə orqanlarının əməkdaşları yaralanmış şəxsin hadisə yerindən çıxarılmasına çalışırlar.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm