Qırmızı.az
Masallıda istirahət mərkəzində uşağın boğulma anı - VİDEO
İyul ayının 11-də saat 18 radələrində Masallı rayonunun Kubin kəndinin yaxınlığında yerləşən “Qamo” istirahət mərkəzində 10 yaşlı uşağın necə ölməsini əks etdirən video oxucular tərəfindən təqdim edilib.
Video-yazını həmin ərəfədə orda istirahət edən ailələrdən biri lentə alıb. Videodan görünür ki, o qədər də böyük olmayan hovuzda istirahət edənlər düz gözlərinin qarşısında baş verən boğulmadan xəbərsizdirlər. Uşağın nəzarətsiz olması faciə ilə nəticələnib.
Xatırladaq ki, Masallı rayonun Qarğalıq kənd sakini olan 10 yaşlı Novruzov Rauf İlkin oğlunun boğulduğu bilinəndən sonra təcili yardım maşını ilə onu qonşu Miyankü kəndinə (“Qamo” istirahət mərkəzindən ora 3 km-dir), Masallı reqional təcili yardım xəstəxanasının Baş həkimi Firudin Qənbərovun evinə aparıblar. Lakin uşağın öldüyü və ona heç cür yardım etməyin mümkün olmadığını biləndən sonra meyit Masallı rayon mərkəzi xəstəxanasının baş həkimi Cəlil Nəzərovun evinə götürülüb. Cəlil Nəzərovun “Qamo” istirahət mərkəzinin sahibi olduğu bildirilir.
Qeyd edək ki, “Qamo” istirahət mərkəzinə şərik axtarılması (satılması) ilə bağlı bir il əvvəl verilən elanda mərkəzin sahibi kimi Füzuli Nəzərovun adı keçir. Kubin kəndindən olan və kənddə məscid tikdirən F.Nəzərov Cəlil Nəzərovun dayısı oğludur. Verilən məlumata görə, C.Nəzərov artıq “Qamo” istirahət mərkəzinə tam yiyələnib və bunarı oğlunun adına sənədləşdirib.
Qarpızdan zəhərlənmə?
Sakinlərin verdiyi məlumata görə, C.Nəzərov əlaqələrindən və həkimliyindən istifadə edərək, 10 yaşlı atasız uşağın ölümünü “Qarpızdan zəhərlənmə” kimi qeydə aldıra bilib. Bunun nəticəsində isə araşdırmalara fasilə verilib və hazırda “Qamo” istirahət mərkəzi heç nə olmamış kimi fəaliyyətini davam etdirir. “Qamo” istirahət mərkəzində çalışan şəxslərdən biri bildirdi ki, C.Nəzərov azərbaycanlı milyarder, “Palmali” Şirkətlər Qrupunun prezidenti Mübariz Mənsimovun qohumudur və onun 11 ildir baş həkim kimi fəaliyyətində, həmçinin ”Qamo” istirahət mərkəzini işlədə bilməsində bu fakt öz sözünü deyir, M.Mənsimov qohumunu daim himayə edir. (axar.az)
-
Dünya14:01
Sensasion iddia: Asiyada müharibə bu paslı gəmiyə görə başlayacaq - FOTO
-
Nida Xəbər 13:32
İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış etdi - Yeniləndi
-
Nida Təhlil 13:10
Türkiyə hərbçiləri Qarabağa niyə gətirilmişdi? - Əliyevin strateji planı
-
Sosial12:58
Sabah 32 dərəcə isti olacaq
-
Nida Xəbər 12:16
XİN Avropa Parlamentinə cavab verdi
-
Nida Xəbər 10:29
Qriqoryan İrana hesabat verdi: Delimitasiya ilə bağlı
-
Nida Təhlil 09:26
Füzulidən Berlinə uçuş: Əliyevin təyyarəsi niyə Qarabağdan qalxdı?
-
Sosial08:42
Azərbaycanda general vəfat etdi