Kür çayı üzərində tikilən körpüdə hərəkət bərpa olunub
Bizi izləyin

Qırmızı.az

Kür çayı üzərində tikilən körpüdə hərəkət bərpa olunub

Hacıqabul-Bəhramtəpə avtomobil yolunun 9-cu kilometrliyində, Şirvan şəhəri ərazisində Kür çayı üzərində tikilən körpünün yanaşma yollarında aşınma qatının vurulması başa çatdırılıb.

Bu barədə Publika.az-a Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC-dən məlumat verilib.

Məlumata görə, bu gün səhər saatlarından həmin istiqamətdə nəqliyyatın hərəkəti tam bərpa olunub.

Qeyd edək yeni inşa olunan 3 aşırımlı körpünün uzunluğu 316 m, eni isə səkilərlə birlikdə 14,5 m təşkil edir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm