Bakının daha bir məşhur məktəbi sökülür - (FOTOLAR)
Bizi izləyin

Qırmızı.az

Bakının daha bir məşhur məktəbi sökülür - (FOTOLAR)

Bakının məşhur məktəblərindən biri olan A.N.Ələkbərov adına Respublika İncəsənət Gimnaziyasının 2-c korpusu sökülməkdədir.

Milli.az xəbər verir ki, 20 saylı orta məktəbin söküntü işlərindən sonra növbə adıçəkilən məktəbə gəlib çatıb.

Bakının Yasamal rayonu, Hüseyn Cavid prospektində yerləşən Gimnaziya məktəbinin ikinci korpusu iki hissəyə bölünmüşdü. Bir hissəsi məktəb, digəri isə yataqxana kimi fəaliyyət göstərirdi.

Söküntü yerində olan iş icraçısının verdiyi məlumata görə, işlər 10 gündür başlanıb. Məktəbdə oxuyan şagirdlər baş korpusa koçürülüb və bundan sonra orada oxuyacaqlar. Yataqxanada qalan məcburi köçkünlərə isə mənzillərinin əvəzində pul və ya başqa yer təklif olunub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm