Qırmızı.az
Dini radikalizmə qarşı mübarizə layihəsi
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) radikal dini qrupların və qeyri-ənənəvi təriqətlərin zərərli təbliğatının qarşısının alınması, onlara qarşı effektiv mübarizə aparılması, dini maarifçilik işinin düzgün metodlarla təşkili, gücləndirilməsi və genişləndirilməsi, milli-mənəvi dəyərlərin, ölkədəki tolerantlıq mühitinin qorunub-saxlanılması, eləcə də dövlət-din münasibətlərini tənzimləyən milli qanunvericilik bazasının geniş və əhatəli şərhi məqsədilə Dini Araşdırmalar Mərkəzi ilə birgə istiqamətləndirici təlim kursları təşkil edir.
DQİDK-dan Publika.Az –a verilən məlumata görə, ötən ilin sonuncu rübündən başlayan kurslar əvvəlcədən hazırlanmış qrafikə əsasən indiyədək Bakıda və Zaqatalada təşkil olunmuş və növbəti təlim kursu yanvar ayının 28 və 29-da Şirvan və Şimal-Qərb bölgələri üzrə Ağdaş rayonunda keçirilib.
Ağdaşda Qafqaz Müsəlmanları İdarəsinin iştirakı ilə cəlb olunmuş 50-dən çox din xadimi, dini icma sədri və nüfuzlu ilahiyyatçının iştirakı ilə təşkil olunmuş iki günlük kursda ölkənin bu sahə üzrə tanınmış mütəxəssisləri “Azərbaycanda dövlət-din münasibətləri: problemlər və onların həlli yolları”, “Müstəqillikdən sonra Azərbaycanda din və milli-mənəvi dəyərlər”, “Dini radikallığın yaranma səbəbləri və təzahür formaları”, “Din xadimlərinin natiqlik qabiliyyəti və motivasiya üsulları”, “Məzhəblərarası yaxınlaşma və dinlərarası dialoq prinsipinin əsasları”, “Dini radikalizmlə mübarizədə dünya təcrübəsi” və digər aktual mövzularda mühazirələr oxuyublar.
Kursun açılış mərasimində çıxış edən Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov radikal dini qrupların və qeyri-ənənəvi təriqətlərin zərərli təbliğatının qarşısının alınması, onlara qarşı effektiv mübarizə aparılması və dini maarifçilik işinin düzgün metodlarla təşkili istiqamətində Komitə tərəfindən həyata keçirilən tədbirlərdən danışmışdır. G. İsmayılov bildirmişdir ki, qeyd olunan sahədə qarşıya qoyulmuş məqsədlərə çatmaq baxımından ən vacib amillərdən biri də radikal və zərərli dini qruplara qarşı mübarizədə sağlam mövqe nümayiş etdirən din xadimlərinin və nüfuzlu ilahiyyatçıların bu istiqamətdə fəaliyyətlərinin düzgün qurulması və təşkil olunmasıdır.
Daha sonra din sahəsində mövcud problemlər və onların həll
yollarından danışan Dövlət Komitəsinin nümayəndəsi dini maarifçilik
işinin kəmiyyət və keyfiyyət baxımından artıq yeni mərhələdə,
cəmiyyətin və müasir dövrün tələblərinə uyğun aparılmasının
zəruriliyini qeyd edib. G. İsmayılov bildirib ki, cəmiyyətdə
maarifçilik işini aparan din xadimlərinin və bu sahədə fəaliyyət
göstərən mütəxəssislərin müxtəlif istiqamətli kurslara cəlb
olunması bundan sonra da davam etdiriləcəkdir.
Asif
-
Qoroskop00:35
Günün qoroskopu: bir sıra mətləblər əyan olacaq
-
Nida Xəbər 1 May 23:50
Paşinyan: Mümkün qədər tez...
-
Hadisə1 May 23:26
Qızı evdən qaçan ata efirdə göz yaşı tökdü - VİDEO
-
İqtisadi gündəm1 May 22:50
Dolların qiyməti ilə bağlı QƏRAR
-
Region1 May 22:42
Türkiyə ordusu şəhid verdi
-
İKT1 May 20:50
Telekanallarla bağlı statistika AÇIQLANDI - Ən çox bu verilişlər...
-
Region1 May 20:40
"Xarici agentlər haqqında" qanun layihəsi ikinci oxunuşda qəbul edildi
-
Magazin11 May 20:30
"Komedixana"nın aktrisası rəqsi ilə diqqət çəkdi - VİDEO