Qırmızı.az
33 nəfər imtahan qaydalarını pozub
Ali təhsil müəssisələrinə və tam orta təhsil bazasında (11 illik) orta ixtisas təhsili müəssisələrinə cari ilin məzunları üçün II və III ixtisas qrupları üzrə keçirdiyi qəbul imtahanının nəticələrini iyulun 22-də saat 18:00-dan etibarən açıqlanıb.
TQDK-nın mətbuat xidmətindən Publika.az-a verilən məlumata görə, imtahanda iştirak etmiş abituriyentlər qurumun internet saytına daxil olaraq imtahan nəticələri və cavab kartının qrafik təsviri ilə tanış ola bilərlər. Abituriyentlər imtahan nəticələri barədə məlumatı həmçinin mobil telefonla 7727 nömrəsinə iş nömrələrini göndərməklə öyrənə bilərlər. Abituriyentlər öz imtahan nəticələrinə dair məlumat vərəqini internet vasitəsilə əldə edə bilərlər. İmtahanda iştirak etmək üçün sənəd vermiş 31326 ( 15562 nəfər II qrup üzrə, 15764 nəfər III qrup üzrə) abituriyentdən 813 nəfəri imtahanda iştirak etməyib.
İmtahanda iştirak edən 30513 abituriyentdən 33 nəfəri imtahan qaydalarını pozduqlarına görə imtahandan xaric olunmuş və nəticələri ləğv edilib. II ixtisas qrupu üzrə 11079, III ixtisas qrupu üzrə 10569 nəfər müsabiqə şərtini ödəyərək ixtisas seçiminə buraxılmışdır. II ixtisas qrupu üzrə 2 nəfər ən yüksək nəticə - 700 bal toplayıb.
Gülxar
-
Nida Xəbər 10:29
Qriqoryan İrana hesabat verdi: Delimitasiya ilə bağlı
-
Nida Təhlil 09:26
Füzulidən Berlinə uçuş: Əliyevin təyyarəsi niyə Qarabağdan qalxdı?
-
Sosial08:42
Azərbaycanda general vəfat etdi
-
Magazin208:00
Şakira açıq-saçıq geyimi ilə heyrətləndirdi - FOTO
-
Yaxın Şərq07:30
"Hizbullah" İsraili artilleriyadan atəşə tutdu
-
Dünya06:46
ÜST-dən siqaretlə bağlı HƏYƏCAN TƏBİLİ: "Gənclərin 57%-i..."
-
Sosial05:15
Anasından asılı olan qızların 5 ƏLAMƏTİ - Sonrakı həyat necə olacaq?
-
Sosial03:13
Özünü qadına görə güllələdiyi deyilən Nəsib Quliyevin övladları və xanımı yasda İŞTİRAK ETMƏDİLƏR - VİDEO