Küləkli hava neçə gün davam edəcək?
Bizi izləyin

Qırmızı.az

Küləkli hava neçə gün davam edəcək?

İyulun 27-də axşam saatlarından başlayan küləkli hava şəraiti iyulun 29-dək davam edəcək. Paytaxtda güclü şimal-qərb küləyi əsəcək.

Bu barədə Publika.az-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor müavini Gülşad Məmmədova məlumat verib.

Onun sözlərinə görə, havanın temperaturu tədricən 3-5 dərəcə enəcək: “Əvvəlki günlərdə günorta saatlarında havanın temperaturu 37-38 dərəcə olurdusa, yaxın iki gündə 33 dərəcəyədək isti olacaq. Paytaxtda və Abşeron yarımadasında güclü şimal-qərb küləyi əsəcək”.

Bölgələrdə hava əsasən yağmursuz keçəcək, gecə və axşam saatlarında şimşək çaxacağı, qısa müddətli yağış yağacağı ehtimal edilir. Aran rayonlarda gecə 20-25, günorta saatlarında temperatur 32-37 dərəcə olacaq. Dağlıq və dağətəyi rayonlarda gecə 11-16, gündüz 22-27 dərəcə isti olacaq.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm