13 yaşlı uşaq Xəzərdə boğuldu
Bizi izləyin

Qırmızı.az

13 yaşlı uşaq Xəzərdə boğuldu

Lənkəranda 13 yaşlı uşaq dənizdə batıb.

ANS PRESS Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, 2001-ci il təvəllüdlü Rizvan Sevdim oğlu Məcidov dənizdə çimərkən boğulub. Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub.

R. Məcidovun cəsədi batdığı yerdən 150 metr aralıda xilasedicilər tərəfindən tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm