Bayram günlərində Təcili Yardıma müraciətlər artıb
Bizi izləyin

Qırmızı.az

Bayram günlərində Təcili Yardıma müraciətlər artıb

Bayram günlərində Təcili Yardıma müraciətlərin sayında 10-12% artım olub. Adi günlərdə gün ərzində 1600-ə qədər çağırış olurdusa, bayram günləri onların sayı 1800-ə çatıb. Bu barədə Publika.az-a Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının operativ işlər üzrə şöbəsinin böyük həkimi Zemfira Vahidova məlumat verib.

Onun sözlərinə görə, çağırışların artması poliklinikaların işləməməsi ilə əlaqədardır.

“Müraciətlər müxtəlif problemlərlə əlaqədar olub. Qida zəhərlənmələri olsa da, bu, kütləvi deyil. Evdə yağlı yemək üzərindən soyuq su içilməsi səbəbindən yaranan narahatlıqlarla, uşaqlarda və böyüklərdə qastritlə bağlı müraciətlər olub”.

Z.Vahidovanın sözlərinə görə, həftəsonu və bayram günlərində 2 nəfəri ilan, 3-nü əqrəb sancıb:

“İyulun 26-da Səbail rayonunda 25 yaşlı qadını ilan sancıb. Özü rayon üzrə təcili yardıma müraciət edib, ilkin yardım göstərilib, xəstəxanaya aparılıb. Ötən gecə 01:43-də Qızıldaş qəsəbəsində 27 yaşlı oğlanı ilan sancması ilə bağlı müraciət olub. Ona da ilkin yardım göstərildikdən sonra xəstəxanaya aparılıb.

Bayram günləri Sabunçu rayonu Bilgəh qəsəbəsində 22 yaşlı, Nəsimi rayonu “Xutor” qəsəbəsində 24 yaşlı oğlanı, Maştağa qəsəbəsində 37 yaşlı qadını əqrəb sancıb. Hər üçünə ilkin yardım göstərildikdən sonra xəstəxanaya aparılıb”.

İyulun 29-da bir nəfər 29 yaşlı kişini gün vurub. Müraciət küçədən olub, ona ilkin yardım göstərilib, xəstəxanaya aparmağa ehtiyac olmayıb.

İyulun 28-də bir nəfər 35 yaşlı kişi Novxanı çimərliyində boğulub. Hadisə təcili yardım briqadasının növbətçi olduğu çimərlikdə baş verib. Naməlum kişi həkimə qədər ölüb.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm