• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

Elşad Xosedən daha bir tərbiyəsizlik- Video

Elşad Xosedən daha bir tərbiyəsizlik- Video

Xəbər verdiyimiz kimi, reper Elşad Xose bu gün Instagram səhifəsində izləyicilərinin sərt tənqidiylə rastlaşıb.

Azərbaycan ordusunun verdiyi itkilərlə əlaqədar belə bir gündə müğəninin hovuzda foto paylaşılmasının düzgün olmadığını deyən insanlar reperin kobud reaksiyası ilə qarşılaşıblar. Elşad Xose qaçqın və məcburi köçkünlərin ünvanına ağır sözlər səsləndirərək, üstəlik bu gün Nabranda keçiriləcək əyləncəyə də qatılacağını deyib.

Bununla da kifayətlənməyən Elşad Xose izləyicilərinə cavab vermək üçün bir neçə dəqiqə əvvəl video da çəkib paylaşıb. Əvvəldən-sonadək söyüşlərdən ibarət olduğu üçün videonu ancaq məhdud çərçivədə verməyə məcburuq.

Elşad Xose bu gün onunla bağlı yaranan qalmaqal barədə “Qafqazinfo”ya açıqlama verib. O, vətən yolunda ölməkdən belə çəkinmədiyini bildirib:

“Men vətənə görə ölməyə hazıram, amma bu saxta vətənpərvərlər üçün yox. İnanin ki, heç bir dəfə Şəhidlər Xiyabanında olmayan indi vətənpərvər olub. Mən Elşad Xose bu 15 il yaradıcılığımda heç vaxt vətənpərvərlik haqda mahnı yazmadım. İçimdə belə bir hiss var ki, haqqım çatmır bu haqda mahnı yazmağa. Bir vətən ki, yarısı alınıb, burda boş-boş oxumağın nə xeyri?! Ali baş komandan əmr versə ki, ümumi mobilizasiya var, qabaqda oxuya-oxuya getməyən itin balasıdır. Bir şey ki, matəm elan olunmayıb, bayraq salınmayıb, tvlərdə konsertlər gedir, amma mənim hovuzda çəkdirdiyim şəkil bu şərəfsiz kompüter arxasında kişi olanlara pis təsir edir. əsgərlər ölüb, şəhid olub, Allah rəhmət eləsin! Biz indi istirahət etməyək?! Bu axı nə dərəcədə düzgündür?!

İki “parti”si olduğunu və onlardan ikisini də təxirə saldığını deyən Elşad Xose buna görə insanları narazı saldığından narahatdır:

“Amma bunlar instagramda məni söyür. Qızlar elə söyüşlər yazırlar ki…”

Xəbər lenti

DAHA ÇOX XƏBƏR