Qırmızı.az
Siçanlar təyyarəni endirdi
Hindistan hava yollarında maraqlı hadisə
yaşanıb.
ANS PRESS-in məlumatına görə, Hindistanın adı açıqlanmayan hava
yolları şirkətlərindən birinə məxsus təyyarələrdən biri Yeni
Delhidən Kəlküttəyə səfər edərkən təhlükə baş verəcəyi qorxusu ilə
geri qayıtmalı olub. Bu barədə “Times of India” qəzetinə
avia-şirkət nümayəndələrindən biri xəbər verib.
O, xəbərdə bildirib ki, təyyarə havaya qalxdıqdan sonra pilot
kabinəsində siçan olduğu aşkar edilib.
"Əgər siçanlar təyyarədə elektrik naqillərini gəmirərək
zədələsələr, qəza baş verə bilərdi. Buna görə də pilotlar
sərnişinləri təhlükəyə atmaqdan çəkiniblər." - deyə şirkət
nümayəndəsi məlumat verib.
Qeyd edək ki, qida qoxusuna gələn siçanların təyyarədə olması ilk
hal deyil. Hindistanda bu ilin fevralında və 2009-cu ildə də buna
oxşar hal baş vermişdi.
-
Magazin123:26
Xumar Qədimova daha bir məşhur şeiri mahnıya çevirdi - VİDEO
-
İnanc23:02
Həcc ziyarəti ilə bağlı zəvvarlara XƏBƏRDARLIQ
-
Region22:37
Başqa çıxış yolumuz yoxdur - Paşinyan
-
Hadisə21:47
Dörd aylıq körpə binadan necə düşüb? - Hadisə yerindən GÖRÜNTÜLƏR
-
Magazin121:35
Günelə nə olub? - Xəstəxanadan görüntüsünü paylaşdı və... - FOTO
-
Hadisə21:10
Qırmızı işıqda keçən nazirin maşını aşdı - FOTO
-
Magazin120:22
Müğənni Yalının qohumu sevgilisi tərəfindən qətlə yetirildi - FOTO
-
Dünya19:57
Zelenski onu yeni vəzifəyə təyin etdi