Biz "Dezo"xəbərlərə qarşıyıq - Baş redaktorlardan qərar
Bizi izləyin

Qırmızı.az

Biz "Dezo"xəbərlərə qarşıyıq - Baş redaktorlardan qərar

Ölkənin xəbər məkanında ordu və cəbhə ilə bağlı dezinformasiyaların yayılmasından narahat olan bir neçə saytın baş redaktorları öz aralarında bu mövzuda həssas davranmaq və informasiyaları koordinasiya olunmuş şəkildə verməklə bağlı razılığa gəliblər.

Baş redaktorlar Anar Niftəliyev (Axar.az), Elçin Zahiroğlu (Aznews.az), Amil Hacıyev (Publika.az), Vüsal Məmmədov (AzVision.az) və Şəmşad Ağa (Qaynar.info) məsələni birlikdə müzakirə edərək, belə qərara gəliblər ki, bundan sonra onların rəhbərik etdikləri saytlarda ordu və cəbhə ilə bağlı qeyri-dəqiq, yoxlanılmamış, insanlarda təşviş yarada və ölkənin maraqlarına zərbə vura biləcək heç bir informasiya yer almayacaq. Ehtiyac yarandıqda isə, aldıqları xəbəri bir-birlərilə məsləhətləşəndən sonra yayacaqlar.

Redaktorlar həmçinin qəti şəkildə qərara gəliblər ki, bundan sonra o qədər də tanınmayan, məqsədi aydın olmayan saytların xəbərlərinə istinad etməyəcəklər. Çünki belə istinadlar həmin saytları və onların xəbərlərini bir növ leqallaşdırır və etibarlıq dərəcəsini artırır.

Baş redaktorlar digər həmkarlarını da təşəbbüsə qoşulmağa dəvət edirlər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm