TQDK ali məktəblərdə vakant yerlərin sayını açıqladı
Bizi izləyin

Qırmızı.az

TQDK ali məktəblərdə vakant yerlərin sayını açıqladı

Bu il keçirilmiş qəbul imtahanlarında I qrup üzrə 945, II qrup üzrə 1116, III qrup üzrə 981, IV qrup üzrə 1008 vakant yer qalıb. Vakant yerlərin cəmi isə 4050-dir. Abituriyentlərin cəmi qəbulolma faizi 89,28 faizdir.

Publika.az-ın məlumatına görə, bunu Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə bu gün keçirdiyi mətbuat konfransında deyib.

Onun sözlərinə görə, ali təhsil müəssisələrinə (dövlət və özəl) qəbul olan abituriyentlərin sayı I qrup üzrə 92,12 faiz, II qrup üzrə isə qəbulolma faizi 89,77 faiz, III qrup üzrə 90,61 faiz, IV qrup üzrə isə 77,16 faiz olub

M.Abbaszadə onu da vurğulayıb ki, tələbə adı qazanmış şəxslər avqustun 8-dən 18-dək sənədlərini daxil olduqları təhsil müəssisəsinə təqdim etməklə qeydiyyatdan keçməlidirlər. Müəyyən olunmuş müddətdə qeydiyyatdan keçməmək abituriyentin müvafiq ixtisasa yerləşdirilmədən imtina etməsi kimi qiymətləndiriləcək və onun qəbul haqqında əmri ali məktəbə göndərilməyəcək.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm