Qırmızı.az
Bakıda vəzifəli şəxsə qarşı inanılmaz cinayət
Bakıda xarici ölkə vətəndaşının bank hesabından qeyri-qanuni yolla külli miqdarda pul çıxarılması ilə bağlı polisə məlumat daxil olub.
Axar.az-ın məlumatına görə, Səbail rayon Polis İdarəsinə
müraciət edən Böyük Britaniya vətəndaşı, Badamdar qəsəbəsində
yaşayan 1978-ci il təvəllüdlü Ceyms Kanniqan Kennes bildirib ki,
iyul-avqust aylarında onun bank hesablarından xəbəri olmadan 30 min
ABŞ dolları pul çıxarılıb. İnternet vasitəsi ilə hesabına nəzarət
edən Britaniya vətəndaşı bildirib ki, pulun hamısı müxtəlif
vaxtlarda məhz Azərbaycanda naməlum şəxs və ya şəxslər tərəfindən
götürülüb.
Polisə mürəciət edən Ceyms Kanniqan Bakıda fəaliyyət göstərən
beynəlxalq "Schlumberger Logelco Inc" şirkətində baş direktorun
əməliyyat işləri üzrə müavini vəzifəsində çalışır. Bu şirkət
neft-qaz sahəsi üzrə fəaliyyət göstərir.
Hazırda onun müraciəti əsasında araşdırmalar aparılır.
-
Qoroskop00:35
Günün qoroskopu: bir sıra mətləblər əyan olacaq
-
Nida Xəbər 1 May 23:50
Paşinyan: Mümkün qədər tez...
-
Hadisə1 May 23:26
Qızı evdən qaçan ata efirdə göz yaşı tökdü - VİDEO
-
İqtisadi gündəm1 May 22:50
Dolların qiyməti ilə bağlı QƏRAR
-
Region1 May 22:42
Türkiyə ordusu şəhid verdi
-
İKT1 May 20:50
Telekanallarla bağlı statistika AÇIQLANDI - Ən çox bu verilişlər...
-
Region1 May 20:40
"Xarici agentlər haqqında" qanun layihəsi ikinci oxunuşda qəbul edildi
-
Magazin11 May 20:30
"Komedixana"nın aktrisası rəqsi ilə diqqət çəkdi - VİDEO