529 uşaq birinci sinfə qəbul edilmədi
Bizi izləyin

Qırmızı.az

529 uşaq birinci sinfə qəbul edilmədi

Xüsusi istedadlı uşaqların müsahibəsi davam edir. Ötən həftə ərzində müsahibələrdə iştirak edən uşaqların 704 nəfəri I sinfə qəbul olunub, 529 nəfər isə müsahibədən keçə bilməyib. Bu barədə Publika.az-a Bakı Şəhəri üzrə Təhsil İdarəsinin mətbuat xidmətindən məlumat verilib.

Qeyd edək ki, hazırda 3012 nəfər qeydiyyatdan keçmişdir. Qeydiyyat avqustun 20-dək, müsahibələr isə Sentyabrın 10-dək davam edəcək.

Təhsil nazirinin “Xüsusi istedada malik uşaqların vaxtından əvvəl I sinfə qəbulu Qaydaları” barədə əmrinə müvafiq olaraq Bakı şəhərində yerləşən və BŞTİ-nin tabeliyində olan məktəblərə qəbul iyul ayının 20-dən avqust ayının 20-dək elektron ərizələr vasitəsilə aparılır.

Qeyd edək ki, “Xüsusi istedada malik uşaqların vaxtından əvvəl I sinfə qəbulu Qaydaları”na əsasən I sinfə qəbul həmin il sentyabrın 16-dan dekabrın 31-dək 6 yaşı tamam olan xüsusi istedadlı uşaqlara şamil edilir.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm