Elman Mehdiyev Ağsuda qəbul keçirəcək
Bizi izləyin

Qırmızı.az

Elman Mehdiyev Ağsuda qəbul keçirəcək

Dövlət Sosial Müdafiə Fondunun (DSMF) sədri Elman Mehdiyev avqustun 20-də, saat 11:00-da Fondun Ağsu rayon şöbəsinin inzibati binasında Ağsu, Ağdaş, Kürdəmir, Şamaxı və Qobustan rayonlarının sakinləri olan məcburi dövlət sosial sığorta ödəyiciləri və pensiyaçılar üçün qəbul keçirəcək.

Fonddan Publika.az-a verilən məlumata görə, qəbula yazılmaq və əlavə məlumat almaq istəyən vətəndaşlar DSMF-nin [email protected] elektron poçt ünvanı, həmçinin aşağıdakı telefon nömrələri ilə əlaqə saxlaya bilərlər:

Fondun Aparatında (012) 4-34-12-34

Ağsu rayon şöbəsində (02022) 6-51-07

Ağdaş rayon şöbəsində (02023) 5-50-28

Kürdəmir rayon şöbəsində (02025) 5-02-07

Şamaxı rayon şöbəsində (02026) 5-14-15

Qobustan rayon şöbəsində (02024) 5-22-30

Qəbulda iştirak edəcək vətəndaşların avqustun 20-də DSMF-nin müvafiq rayon şöbələrinin inzibati binasının qarşısından xüsusi ayrılmış nəqliyyatla Ağsu rayon şöbəsinə aparılıb-gətirilmələri təmin olunacaqdır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm