Sərxoş xanım qəza törətdi, hadisə yerindən qaçdı
Bizi izləyin

Qırmızı.az

Sərxoş xanım qəza törətdi, hadisə yerindən qaçdı

Nərimanov rayonu, Təbriz küçəsi istiqamətində hərəkət edən qadın sürücü qəza törədib. Nərimanov Rayon Polis İdarəsindən Publika.az-a verilən məlumta görə, adı hələ istintaqa məlum olmayan qadın idarə etdiyi “Porsche Panamera” ilə “Fiat” markalı avtomobili vurub, avtomobil işıq dirəyinə çırpılıb. Sürücü Rahim Mustafayev isə yaralanıb. O, şahidlərin köməyilə xəstəxanaya yerləşdirilib.

“Porsche Panamera”nın sürücüsü olan qadın hadisə yerindən qaçıb.

Nərimanov Rayon Polis İdarəsinin əməkdaşları qəza törədən qadının kimliyini araşdırır. Onun içkili olduğu və sürət həddini aşdığı bildirilir.

Simnarə

Oxumağa davam et
Reklam
Reklam

Gündəm