757 nəfər qidadan zəhərlənib
Bizi izləyin

Qırmızı.az

757 nəfər qidadan zəhərlənib

Bu ilin 7 ayı ərzində 757 qida zəhərlənməsi faktı qeydə alınıb.

ANS TV-nin məlumatına görə, zəhərlənmədən ümumiyyətlə 845 nəfərin zərər çəkdiyi bildirilir. 13 nəfər botulizmdən zəhərlənib, onlardan biri dünyasını dəyişib. Ən çox zəhərlənmə hadisəsi ev şəraitində hazırlanan məhsullardan olub. Gigiyena qaydalarına düzgün əməl edilməməsi səbəbindən tez-tez zəhərlənmə hallarına rast gəlinir. Həmçinin qidaların hazırlanması və onların soyuq yerdə saxlanılmaması səbəbindən bu cür hallar qeydə alınır. İnsanların bu işdə məsuliyyətsizliyi də qaçılmazdır.

Gigiyena və Epidemiologiya Mərkəzinin şöbə müdiri İmran Abdullayev bildirdi ki, ev şəraitində hazırlanan konserv məhsullarından zəhərlənənlərin sayı az deyil.

Şöbə müdiri insanları tez xarab olan məhsullardan istifadə etməmələrini bildirdi. Çünki belə halda ölüm hallarının olması da qaçılmazdır.

İmran Abdullayev qeyd edir ki, ət, balıq məhsullarından insanlar az istifadə etməlidirlər: “Çünki belə məhsullardan isti aylarda istifadə edənlərdə çox vaxt zəhərlənmə ilə nəticələnir. İnsanlar ən çox belə havada yaxşı olar ki, tərəvəz məhsullarından istifadə etsinlər”.

Odur ki, əgər sizdə sağlamlığınızı düşünürsünüzsə, o zaman nə yeyib içdiyinizə fikir verməlisiniz. Əks halda son gedəcəyiniz yer xəstəxana ola bilər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm