Prezident təqaüdü alanların sayı açıqlandı
Bizi izləyin

Qırmızı.az

Prezident təqaüdü alanların sayı açıqlandı

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən “Xalq” və “Əməkdar” fəxri adları olan ümumilikdə 1942 nəfərə Prezidentin aylıq təqaüdləri ödənilir.

Nazirlikdən Publika.az-a verilən məlumata görə, bu ilin 01 iyul tarixinə, Nazirliyin rayon (şəhər) Əhalinin sosial müdafiəsi mərkəzləri tərəfindən “Xalq” fəxri adına görə 161 nəfərə, “Əməkdar” fəxri adına görə 1781 nəfərə Azərbaycan Respublikasının Prezidentinin aylıq təqaüdü təyin olunub.


Azərbaycan Respublikasının Prezidentinin 26 avqust 2013-cü il tarixli Sərəncamına əsasən, fəxri adlara görə aylıq təqaüdlərin məbləği ötən ilin 01 sentyabrından iki dəfə artırılıb. Həmin fəxri adları alan şəxslər Prezidentin aylıq təqaüdləri ilə büdcə təşkilatlarında işlədikləri həmin təşkilatlar, işləmədikləri və ya qeyri-dövlət sektoruna aid müəssisədə işlədikləri halda rayon (şəhər) ƏSMM-ləri tərəfindən təmin olunurlar.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm