Oğurlanan uşağa görə mükafat vəd edildi
Bizi izləyin

Qırmızı.az

Oğurlanan uşağa görə mükafat vəd edildi

Sumqayıtda oğurlanan ikiaylıq körpənin axtarışları davam edir. Sumqayıt Şəhər Polis İdarəsinin Cinayət Axtarış Bölməsindən Publika.az-a verilən məlumata görə, parkda yaşlı qadın tərəfindən oğurlanan Aylinin valideyni və yaxınları uşağı oğurlayan şəxs barədə məlumat verənlərə 1000 manat dəyərində pul mükafatı ayırıb.

Faktla bağlı Sumqayıt Polis İdarəsində də araşdırmalara başlanıb.

Uşağı və ya qadını görənlərdən xahiş olunur ki, Sumqayıt Şəhər Polis İdarəsinə (018-65) 4-02-02 və ya (+99470)-510-22-50 nömrələrə zəng edərək məlumat versinlər. Məlumat verən şəxsin anonimliyi tam qorunacaq.

Qeyd edək ki, Sumqayıtda Nəsimi parkında uşaqlarını gəzməyə çıxaran 3 uşaq anası Aysel Əhmədova körpəni saxlamaq üçün tanımadığı qadına verib. Ananın başının qarışdığını görən qadın da körpə uşağı götürərək aradan çıxıb.

Görüntülər parkda quraşdırılan kameraya düşüb.

Simnarə

Oxumağa davam et
Reklam
Reklam

Gündəm