Qasırğaların dəhşətli görüntüləri - Fotolar
Bizi izləyin

Qırmızı.az

Qasırğaların dəhşətli görüntüləri - Fotolar

Dağıdıcı təbiət hadisələrindən olan qasırğaların dəhşətli görüntüləri yayılıb.

Publika.az-ın məlumatına görə, Türkiyənin "Hürriyyət" qəzeti dünyada baş verən dəhşətli görüntülərin fotolarını təqdim edib.

Dünyanın müxtəlif yerlərində baş verən bu təbiət hadisələri görənləri dəhşətə salır.

BMT-nin fəlakətlərin təhlükəsini azaltma üzrə beynəlxalq strategiya çərçivəsində hazırladığı hesabata görə, 2008-ci ildə daha çox Myanmada baş verən "Nərgiz" qasırğası can alıb. Nə az, nə çox, 138 min nəfər həyatdan məhrum olub, yüz minlərlə insan evsiz-eşiksiz qalıb. "Nərgiz" Myanmaya 4 milyard dollar ziyan vurub. Təbii fəlakətlər daha çox Asiya ölkələrində baş verib.

Çində belə fəlakətlərin sayı 26, Filippində 20, İndoneziyada 16, Hindistanda 10 olub. Ötən il leysan yağışları və qasırğalardan Mərkəzi və Şərqi Avropa ölkələri də ziyan çəkib. Dnestr və Prut kimi çaylarda suyun səviyyəsi kəskin artıb. Nəticədə Ukrayna, Moldova, Ruminya, Slovakiya və Macarıstanda sel daşqınları nəticəsində 42 nəfər ölüb.





































































Oxumağa davam et
Reklam
Reklam

Gündəm