Sürüşmə zonasında azərbaycanlılar da var
Bizi izləyin

Qırmızı.az

Sürüşmə zonasında azərbaycanlılar da var

Dəryal dərəsində baş verən sürüşmə zonasında təbii fəalkətin nəticələrinin aradan qaldırılması və yolunun qaydaya salınmasına iki həftə vaxt lazım olacaq.

Publika.az-ın məlumatına görə, bu barədə Gürcüstan baş-nazirinin təhlükəsizlik işləri üzrə müavini Mindiya Canelindze bildirib.

Qeyd edək ki, 20 avqust tarixində sel suları Dəryal dərəsində sürüşmə əmələ gətirib. Nəticədə, tuneldə təmizləyici işlər görən 2 nəfər itkin düşüb. Onlardan biri Türkiyə, biri isə Gürcüstan vətəndaşlarıdır.

Terek çayının axıntıları nəticəsində əmələ gələn seldən qorunmaq üçün xialsedicilər ətraf kəndlərdə növbə tuturlar.

Canelidzenin sözlərinə görə, risk zonasında olan insanlar fəlakət zonasından uzaqlaşdrılıb və onlara lazımi köməkliklər göstərilir.

“Bunlar 80 nəfərə yaxın insandır. Onların arasında Azərbaycan, Ermənistan, Gürcüstan vətəndaşları var. Onların hamısı fəlakət zonasından çıxarılıb”- deyə Canelidze qeyd edib.

Fəlakət zonasında neçə azərbaycanlının olması barədə məlumat verilməyib.

Ərazidə bərpa işləri davam edir. /anspress.com/

Oxumağa davam et
Reklam
Reklam

Gündəm