Qırmızı.az
5 rayonda əlil və şəhid ailələrinə ev veriləcək
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi bu ilin sonunadək daha 5 rayonda çoxmənzilli yaşayış evlərini əlil və şəhid ailələrinə təqdim edəcək.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə
əlaqələr şöbəsindən Publika.az-a bildiriblər ki, hazırda ƏƏSMN-nin
sifarişi ilə Goranboy, Tərtər, Beyləqan və İmişli rayonlarının hər
birində 6 mərtəbəli 54 mənzilli, Şamaxı rayonunda isə 4 mərtəbəli
36 mənzilli yaşayış evlərinin tikintisi işləri aparılır.
İlin sonunadək həmin çoxmənzilli yaşayış evlərinin Azərbaycanın
ərazi bütövlüyü, müstəqilliyi və Konstitusiya quruluşunun müdafiəsi
uğrunda döyüşlərdə əlil olmuş vətəndaşların və şəhid ailələrinin
istifadəsinə verilməsi nəzərdə tutulur. Mənzillər nazirliyin rəsmi
internet saytında (www.mlspp.gov.az) ictimaiyyətə açıqlanan
növbəlilik siyahısı əsasında əlil və şəhid ailələrinin istifadəsinə
veriləcək.
Xatırladaq ki, Azərbaycan Prezidentinin 2014-cü il 20 iyun tarixli
Sərəncamına əsasən, cari ilin 1 yanvarınadək mənzil növbəsinə
götürülmüş əlil və şəhid ailələri 2014-2018-ci illərdə mərhələli
şəkildə mənzillərlə, o cümlədən kənd rayonlarında fərdi evlərlə
təmin olunacaq.
-
İqtisadi gündəm13:27
Türkiyə gündəmi silkələndi: Ərdoğanın vəzifədən azad etdiyi xanım qayıdır
-
Hadisə12:42
Azərbaycanda iki tələbə faciəli şəkildə öldü
-
Region12:07
Etirazçılar Paşinyanın yerinə kimi gətirir? - Baqrat açıqladı
-
Nida Xəbər 11:46
Baqrat impiçment başlatdı: Nikol gedir, yoxsa...
-
Ekologiya11:31
Bu ölkə böyük təhlükə ilə üz-üzədir: qarşısı alınmasa...
-
Nida Xəbər 11:00
Binəqədidə Ulu Öndərə həsr olunmuş tədbir keçirildi - FOTO
-
Region10:23
İrandan bu güzəştləri tələb edirlər, əks halda müharibəyə cəlb olunacaq - Rəisidən etiraf
-
Region09:36
Paşinyana qarşı üsyanda Köçəryan izi: Ayağında “problem” olan keşiş oteldə tapıldı - FOTO