Qırmızı.az
Azərbaycandan Ermənistana təklif: girovlar dəyişdirilsin
Ermənilərin Kəlbəcərdə girov götürdükləri Dilqəm Əsgərov, Şahbaz Hüseynov və Həsən Həsənovun nəşinin geri qaytarılması məsələsi daim Azərbaycan hökumətinin diqqətindədir.
Trend-in məlumatına görə, bu barədə Baş Nazirin müavini, Qaçqın və
Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli
Həsənov jurnalistlərə açıqlamasında deyib.
Ə.Həsənov qeyd edib ki, o, iki gündən bir Beynəlxalq Qızıl Xaç Komitəsinin Azərbaycandakı nümayəndəsi ilə görüşür: "Son dəfə dünən görüşmüşük və mən öz sərt mövqeyimizi ona bildirdim. Mən onların dedikləri qaydalar ilə razılaşmadım, dedim sizin dediklərinizin heç biri bizi qane etmir. Siz nə vaxt Azərbaycan hökumətinə müraciət edirsiniz, hansı əsir barəsində hansı məlumatı almaq istəyirsinizsə, biz dərhal onu təmin edirik, Ermənistan tərəfi isə bunu etmir. Nə üçün sizin Beynəlxalq Qızıl Xaç Komitəsi, sizin baş qərəgahınız bu barədə dünya ictimaiyyətinə məlumat vermir?"
Ə.Həsənov qeyd edib ki, Azərbaycan tərəfi Ermənistana son təklifini
edib: "Bizdə beş nəfərdən ibarət bir erməni ailəsi var, bu
yaxınlarda dünyasını dəyişən erməni diversantının meyiti var. Biz
təklif etmişik ki, o erməni ailəsi və o meyiti ordakı meyit və
girovlarla dəyişmək istəyirik. Dünən Qızıl Xaç Komitəsi bizə izah
edirdi ki, ermənilər ancaq meyiti dəyişə bilərlər, girovu dəyişmək
istəmirlər. Biz də dedik ki, bu kompleks şəkildə olmalıdır, başqa
təklif qəbul etməyəcəyik".
-
Magazin104:44
“Xəbəri eşidəndən ağlayıram” - Mehriban Xanlarova
-
Kriminal04:14
Ananın məşqçi ilə yaxın münasibəti oğlunun ölümü ilə sonlandı: dəhşətli qətlin PƏRDƏARXASI - VİDEO
-
Cənubi Qafqaz03:13
İrəvanda yük maşını etirazçılara ÇIRPILDI
-
ABŞ02:42
Bayden Trampın debat təklifinə CAVAB VERDİ
-
Magazin202:10
“Avroviziya-2024”ün bütün finalçıları məlum oldu
-
Sosial00:45
ƏDV qəbzləri ölüm saçır: mütəxəssisdən XƏBƏRDARLIQ - VİDEO
-
Qoroskop00:30
Günün ULDUZ FALI: ciddi məsələlərə toxunmaq olar
-
Magazin200:15
“Avroviziya-2024”ün ikinci yarımfinalı başladı - CANLI