Texnologiyanın uşaqlara vurduğu ZƏRBƏ
Bizi izləyin

Qırmızı.az

Texnologiyanın uşaqlara vurduğu ZƏRBƏ

Hiperaktiv uşaqlar aktiv olur. Bədənlərinin müəyyən bir qismi həmişə hərəkətdə olur. Bir yerdə otura bilməz, hərəkət edər, əşyalarını unudar, ya itirərlər. Başladıqları işi bitirmədən digər bir işə başlayarlar. Müdaxiləçi və narahat olurlar. Növbə gözləməzlər. Sualı tamamlamadan cavabı deyərlər.

Texnologiyanın inkişafı nəticəsində kiçik yaşlarında kompüterlə tanış olan, saatlarla televizor qarşısında vaxt keçirən uşaqlarda hiperaktvlik riski daha yüksəkdir. Uşaq nə qədər kiçikdirsə, texnologiyanın vurduğu zərər bir o qədər böyük olur. Valideynlər bəzən uşağın bu aktivliyini, hərəkətdə olmasını normal qəbul edib onları gələcəkdə gözləyən ciddi təhlükədən xəbərsiz olurlar. Buna görə 2 yaşında uşağa qətiyyən televizor izlədilməməli, 3 yaşındakı uşaq ən az 1, ya 1 saat yarım, 4 yaşındakı uşaq isə ən az 2 saat televizor qarşısında otura bilər.

Hiperaktiv uşaqlar...

Düşünmədən təhlükəyə atılırlar. Normal şeyləri sıxıcı hesab edirlər. Məktəb dövründən əvvəl evdə elə hey qaçar, bir yerlərə dırmaşar, şkafları dağıdarlar. Bəzi hiperaktiv uşaqlar bir müddət belə olmaya bilər, ancaq müəyyən müddətdən sonra onlarda bu əlamətlər özünü göstərəcək.

Körpəlik dövründə nadinc olar, yatmamaq, yemək yeməmələri ilə anasını incidərlər.

Qəddar davrana bilərlər. Qorxmadan davranmaları onları bir çox təhlükələrlə qarşılaşmasına səbəb olur. Hündür yerlərə çıxar, evdən çox uzaq yerə tək gedər, ya kəsici alətlərlə oynayarlar. Bir sözlə, bu uşaqlar özlərinə nəzarəti itirdikləri üçün harda durmaq lazım olduğunu bilməzlər.

Yaşıdları ilə yaxşı yola gedə bilmədiyi üçün sevilməz uşaq olurlar.

Sonda peşman ola biləcəkləri hərəkəti düşünmədən edərlər.

Dərsdə nadinclik edər, uşaqların diqqətini dağıdarlar.

İmtahan zamanı diqqətsizlik ucbatından ən sadə, hətta bildiyi sualları belə səhv cavablandırarlar.

Təkbaşına ev tapşırqılarını etməzlər, gərək yanlarında biri olsun.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm