Nərimanov rayonun sakinləri üçün “Açıq qapı” günü keçirilib
Bizi izləyin

Qırmızı.az

Nərimanov rayonun sakinləri üçün “Açıq qapı” günü keçirilib

Nərimanov rayonunun işəgötürənləri üçün “Açıq qapı” günü-vətəndaş forumu keçirib.

Publika.az-ın məlumatına görə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) tərəfindən keçirilən forumun məqsədi əmək müqaviləsi bildirişi üzrə elektron informasiya sistemindən (EİS) istifadə qaydaları barədə işəgötürənlərin məlumatlandırılmasıdır.

Tədbirdə ƏƏSMN yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin mütəxəssisləri tərəfindən bildirilib ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 49-cu maddəsinə edilmiş dəyişikliyə əsasən əmək müqaviləsinin bağlanılması, ona dəyişiklik edilməsi və ya xitam verilməsi bununla bağlı EİS-ə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin sistemdə qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir. EİS-ə daxil edilmiş əmək müqaviləsi bildirişinin qeydiyyata alınması barədə 1 iş günündən gec olmayaraq sistem vasitəsilə işəgötürənə elektron qaydada məlumat göndərilir.

Bildirişlərin EİS-ə daxil edilməsi və qeydiyyata alınması qaydaları, bildiriş formasında qeydiyyata alınmaq üçün sistemə daxil edilən əmək müqaviləsində göstərilməsi tələb olunan şərtlər və məlumatlar işəgötürənlərin diqqətinə çatdırılıb. Vurğulanıb ki, bu islahat tədbiri işləyən əhalinin əmək hüquqlarının etibarlı müdafiəsini təmin etməyə və qeyri-leqal əmək fəaliyyətinin qarşısının alınmasına, işəgötürən-işçi münasibətlərinin rəsmiləşdirilməsində və əməyin ödənişinin təşkilində mövcud olan problemlərin aradan qaldırılmasına yönəlib. Bu islahatla bağlı ƏƏSMN tərəfindən işəgötürənlər arasında müvafiq təbliğat-maarifləndirmə işləri aparılır, onlara EİS-dən istifadədə əməli köməklik göstərilməsi üçün bölgələrdə “Yardımçı masaları” yaradılıb, işəgötürənlərə lazımi metodiki köməkliklər göstərilir.

Tədbirdə əmək müqavilələrinin EİS-də qeydiyyatdan keçirilməməsinin qanunvericiliyin pozulması faktı kimi qarşılanacağı və belə hallarla əlaqədar qanunvericiliyin müvafiq maddələri əsasında cəza tədbirləri görüləcəyi bildirilib, işəgötürənlərin ayrı-ayrı sualları cavablandırılıb.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm